Yuxarı

MTN-dən daha bir əməliyyat: 14 nəfər həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTN-dən daha bir əməliyyat: 14 nəfər həbs olundu

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısını alıb.

Nazirliyin İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, MTN tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 33 kiloqramdan artıq narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 14 nəfər şübhəli şəxs qismində tutulub.

Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda külli miqdarda narkotik vasitə olan - 3 kiloqram 600 qram heroin, 21 kiloqram 800 qramdan artıq tiryək, 1 kiloram 390 qram həşiş qətranı, 6 kiloqram 300 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci, 206.3.2-ci, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə cinayət işləri başlanıb. Azərbaycan vətəndaşları - Məmmədov Lətif Ağa-Kərim oğlu, Məmmədov Rufan Ağakərim oğlu, Rəsulov Malik İsayib oğlu, Ağayev Azad Allahşükür oğlu, Tağıyev Vəfadar İlqar oğlu, Bədirxanov Fərman Şakir oğlu, Ağayev Ziya Sahib oğlu, İsmayılov Siyasət Əzizxan oğlu, Fətullayev İbrahim Tərlan oğlu, Süleymanov Zülfüqar Allahverdi oğlu, Fərəcov Ziyafət Müzəffər oğlu, Şahmuradov Niyazəli Şahverdi oğlu, Məstiyev Şahsuvar Güləli oğlu və Qasımov Ramal Bahadir oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2014.09.25 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla