Ana səhifə Toplum |
18:20
Prezident İlham Əliyev Cəlilabad rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Cəlilabad rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarlarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 4,5 milyon (dörd milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
***
Prezident İlham Əliyev E.S.İsayevin Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilsin”.
***
Prezident İlham Əliyev V.M.Babazadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında geologiya elminin inkişafında böyük xidmətlərinə görə Vasif Məmməd Ağa oğlu Babazadə “Şərəf” ordeni ilə təltif edilsin”.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1217-VQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1217-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 66; 2013, № 2, maddə 125, № 12, maddə 1543; 2015, № 10, maddə 1141; 2017, № 12 (I kitab), maddə 2285) 4-cü hissəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 75; 2013, № 12, maddə 1542; 2014, № 5, maddə 477; 2015, № 10, maddə 1141; 2016, № 8, maddə 1384; 2017, № 12 (I kitab), maddə 2285) preambulasında, 1.9-cu bəndində və 6-cı hissəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 831 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 125, № 12, maddə 1544; 2015, № 10, maddə 1141; 2017, № 12 (I kitab), maddə 2285) 2-ci hissəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 898 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 519, № 12, maddə 1547; 2015, № 10, maddə 1141; 2017, № 12 (I kitab), maddə 2285) 4-cü hissəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 899 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 520, № 12, maddə 1550; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1054; 2017, № 5, maddə 778, № 12 (I kitab), maddə 2285) 5-ci hissəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.
6. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, №10, maddə 1149, № 12, maddə 1548; 2015, № 10, maddə 1141; 2017, № 12 (I kitab), maddə 2285) 2-ci hissəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.
7. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 684 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 noyabr tarixli 22 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1326, № 12, maddə 1541; 2015, № 10, maddə 1141; 2017, № 12 (I kitab), maddə 2285) 2-ci hissəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.
8. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 767 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 231, № 12, maddə 2079; 2017, № 12 (I kitab), maddə 2285) preambulasında “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.
9. “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1495; 2015, № 10, maddə 1192; 2016, № 8, maddə 1384; 2017, № 4, maddə 578, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2285) 5-ci hissəsində və 7.2-ci bəndində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin”.
Tarix
2018.08.31 / 20:35
|
Müəllif
Axar.az
|