Yuxarı

Samir Şərifov Davos Forumuna getdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Samir Şərifov Davos Forumuna getdi - Foto

Maliyyə naziri Samir Şərifov İstanbulda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin rəsmi Feysbuk səhifəsində məlumat veriblər.

Məlumata deyilir ki, Türkiyənin İstanbul şəhərində "Regional İnkişaf üçün Əlavə İmkanların Yaradılması" mövzusunda Dünya İqtisadi Forumu keçirilir. Sentyabrın 28-də öz işinə başlayan Forumda Azərbaycan Respublikasını Maliyyə naziri Samir Şərifov təmsil edir.

70 ölkədən, 500-dən çox yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlərin iştirak etdiyi forum çərçivəsində "Enerji dünyasının dəyişən şəkli: bölgənin yeni inkişaf hədəfləri, "Fiziki və rəqəmsal infrastrukturun gələcəyi" və s. mövzularda sessiyalar təşkil olunub.

Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. 1987-ci ildən etibarən Davos İqtisadi Forumu Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Azərbaycan Respublikası 1995-ci ildən Dünya İqtisadi Forumunun fəal iştirakçısıdır. Son illərdə Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlıq inkişaf edərək yeni mərhələyə daxil olub, 2013-cü ilin aprelində Davos Dünya İqtisadi Forumu Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhərində keçirilib.

Tarix
2014.09.29 / 11:20
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərilir

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla