Yuxarı

Toy müğənnilərinə şok zərbə - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toy müğənnilərinə şok zərbə - Özəl

Toy mərasimlərində israfçılığa qarşı tədbirlər planı hazırlanır.

Axar.az-a özəl qaynaqdan verilən xəbərə görə, plan çərçivəsində olduqca mühüm bir detal yer alıb. Nəzərdə tutulub ki, müğənnilərin toy qiymətləri də nizamlansın. Toy məclislərinə fantastik qiymətə gedən müğənnilərin tarifi aşağı salınacaq.

Belə ki, gecəsi 5-7-10 min manat civarında toylara gedən müğənnilərə "toy tutulacaq". Eyni zamanda 1 saatlıq məclisə 3 min manata gedən sənətçilərə də xəbərdarlıq olunacaq. Hökumət toy mərasimlərinə kompleks şəkildə "əl gəzdirməyi" nəzərdə tutub.

Hazırda müəyyən müzakirələr gedir və yaxın gələcəkdə vətəndaşların ürəyincə olacaq qərar veriləcəyi gözlənilir. Bu da qanunla tənzimlənməsə də, tövsiyə xarakteri daşıyacaq. Həmçinin, yas mərasimlərində ehsan süfrəsinə olduğu kimi müğənnilərə də inzibati qaydada tədbirlər həyata keçiriləcək. Bunun yolu və forması üzərində iş gedir. Həqiqətən də toy müğənniləri məclislərə fantastik məbləğdə gedirlər.

Tarix
2014.10.05 / 23:57
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla