Yuxarı

Dəhşətli qəza: Yanğın - 40 yaralı/2 ölü - Yeniləndi (3)

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli qəza: Yanğın - 40 yaralı/2 ölü - Yeniləndi (3)

09:10

Bakı-Qazax yolunda dəhşət li qəza baş verib.

Axar.az xəbər verir ki, Göygöl rayonu ərazisində "KAMAZ" markalı yük avtomobili ilə "Mersedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində sərnişin avtobusu yanıb. Yük avtomobili yanğından mühafizə olunub.

Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

09:54

Kəpəz TV xəbər verir ki, qəza əticədə avtobusda olan 40-a yaxın sərnişin ağır xəsarətlər alıb.

İlkin məlumatlara görə, xəsarət alanlar arasında ölənlər olduğu bildirilir. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Onlardan 3 nəfər vəziyyətinin ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

***

10:00

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yol qəzası ilə bağlı xəstəxanaya 7 yaralı yerləşdirilib. Xəsarət alanlar bunlardır:

Şəmsiyeva Dilavər Məhəmməd qızı (1968-ci il təvəllüdlü);
Osmanov Vasif Əli oğlu (1985)
Alıyeva gülşən Dursun qızı (1963)
Süleymanova Həmayıl Cahangir qızı (1968)
Hacıyeva Nabat Qurban qızı (1955)
Ayvazova Hürü Mustafa qızı (1953)
Mamedov Bəhruz İlham oğlu (1993).

Xəstəxanadan bildirilib ki, yaralılar əsasən yanıq xəsarətləri və müxtəlif travmalarla daxil olublar.

***

Fövqəladə Hallar Nazirliyi yol qəzası ilə bağlı yeni məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu Hacıməlik kəndi, Bakı-Qazax yolunun 364-cü kilometrliyində vətəndaşlara məxsus "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş müvafiq qüvvələri yanğınsöndürmə və xilasetmə işlərinə başlayıbar. Hadisə yerində 2005-ci il təvəllüdlü İsgəndərov Fuad Amid oğlu və şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkar olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:40-da başa çatıb.

Tarix
2014.10.09 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla