Yuxarı

Avropalı müəlliflər Azərbaycan qadınından yazdılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropalı müəlliflər Azərbaycan qadınından yazdılar

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində maliyələşdirdiyi "Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa" təşkilatı tərəfindən Avropanın məşhur "Parlament" jurnalında Azərbaycanda qadın hüquqlarının vəziyyəti haqda məqalə dərc olunub.

Məqalənin sərlövhəsi "Avropanın yaxın qonşularında qadın hüquqlarının təkamülü: Azərbaycan təcrübəsi" adlanır. Məqalədə Azərbaycanın Avropa Yaxın Qonşuluq Siyasətində iştirak edən yeganə müsəlman dövləti kimi qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi sahəsində əhəmiyyətli təşəbbüslər irəli sürən və son illərdə ciddi nəticələr əldə edən ölkə olduğu vurğulanır.

Məqalədə qadınların ölkəmizin sosial-iqtisadi və siyasi həyatında aktiv iştirakı üçün yaradılan şərait, qadınların rəhbər vəzifələrə irəli çəkilməsi, yerli və respublika əhəmiyətli seçkilərdə fəal iştirakları, erkən nikaha qarşı mübarizə çərçivəsində qanunvericilik aktlarına edilən dəyişikliklər, məişət zorakılığının aradan qaldırılması üçün yaradılan sığınacaqlar, məlumatlandırma və xəbərdarlıq kampaniyaları, qadın hüquqlarının müdafiəsi ilə bağlı QHT-lər tərəfindən irəli sürülən layihələrə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə dəstəyi verilməsi, Avropa və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilməsi kimi məsələlər Azərbaycanın uğuru kimi qeyd edilib.

Məqalədə həmçinin həmmüəlliflərin Avropa Birliyi institutları, beynəlxalq qurumlara tövsiyələri də əksini tapıb: "Avropa Birliyi başa düşməlidir ki, qadın hüquqlarının müdafiəsi Avropanın yaxın qonşularının ərazisində sekulyarlığın və demokratiyanın inkişafı, dini ekstremizmlə mübarizə sahəsində böyük gücdür. Avropanın yaxın qonşuluğunda yeganə müsəlman ölkəsi olan Azərbaycanın nəzərəçarpan səyləri Avropa Birliyi tərəfindən bəyənilməli və dəstəklənməlidir. Bu ölkənin qadın hüquqlarının müdafiəsi istiqamətində əldə etdiyi uğurlar model kimi istifadə olunmalıdır".

Xatırladaq ki, məqalənin müəlliflərindən olan Anne-Marie Lizin "Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa"nın kordinatorudur. Belçika Senatının fəxri prezidenti, 1979-1988-ci illərdə Avropa Parlamentinin üzvü olub. Digər həmmüəlliflər belçikalı ekspert Reine Marcelis qadın və kişi bərabərliyi sahəsi üzrə tanınmış QHT sədri, fransalı ekspert Patricia Lalonde isə Ərəb Ölkələrində Qadın Hüquqlarının Müdafiəsi təşkilatının rəhbəridir.

Tarix
2014.10.10 / 02:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

Hesablama Palatasının iclası keçirildi - Yeni qərarlar

Peşə-əmək Reabilitasiyası Mərkəzinə neçə nəfər qəbul edilib?

Diqqət: ADY yay qrafikinə keçir...

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla