Yuxarı

“Bu məktublara görə KQB onu daim izləyib” - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu məktublara görə KQB onu daim izləyib” - Foto

Tanınmış tədqiqatçı, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə sosial şəbəkədə yeni fotolar paylaşıb. Təqdimatdan bəlli olur ki, həmin şəkillər Azərbaycanın qeyrətli vətəndaşlarından biri olan çoğrafiyaçı alim Rəmzi Möhsüm oğlu Yüzbaşovun arxivinə məxsusdur.

Axar.az xəbər verir ki, Rəmzi Yüzbaşov 1906-çı ildə Şamaxıda doğulub. Ermənilərin 1918-ci ildə bu şəhəri necə xarabaya çevirib soydaşlarımızı kütləvi şəkildə qırdığını öz gözlərilə görüb və bu haqda xatirələrini qələmə alıb. Ə.Tahirzadə alimi belə xatırlayır:

"O, xatirimdə əbədi qalmış ən işıqlı şəxsiyyətlərdən biridir. Rəmzi müəllimdən dəyərli elmi əsərlər yadigar qalıb. Ancaq məncə, onun ən dəyərli əsərləri sovetlərin qılıncının dalı da, qabağı da kəsən vaxt millətimizə, tariximizə, dilimizə qarşı yürüdülən mürtəce siyasətə qarşı kəskin etiraz edərək Sovetlər Birliyinin rəhbərlərinə açıq imza ilə yazdığı yüzlərcə məktubdur. Bu məktublara görə Sovet DTK-sı onu daim izləyib".

R.Yüzbaşovun necə bir insan olduğunu öz sözlərindən öyrənirik:

"Mən türk nəslindən bir azərbaycanlıyam. Dədə Qorqudun dilində danışıram. Tacım, qızılım, almazım yox. Ancaq ürəyim şaddır. Namusluyam, xalqımın məhəbbətiylə yanıram. İçimdə qəhrəmanların ruhu yaşayır. Əcdadımın ruhumdakı müqəddəs atəşini xəzinələrə dəyişmərəm. Azərbaycanlı nə qədər ağır günlərə düşsə də, başqalarına qul olmaq istəməz".

Xatırladaq ki, R.Yüzbaşovun oğlu Eltac bəy onun bütün xatirə və məktublarını bir yerə yığaraq 2006-cı ildə "Rəmz" adlı kitabda nəşr etdirib. Orada maraqlı fotolar da yer alıb. Sizə təqdim edilən bu fotodakı şəxslər 1919-1925-cı illərdə Şaiq adına Nümunə Məktəbində oxuyub. Ə.Tahirzadə onların adlarını qeyd edib:

"O zaman bu uşaqlara dərs verən müəllimlərdən Abdulla Şaiq, Camo Cəbrayılbəyli və Səməd bəy Acalov birinci sırada mərkəzdə oturublar. Müxtəlif işlərdə çalışan bu keçmiş uşaqları bir yerə toplayıb şəklini çəkdirmək zəhmətini Azərbaycan SSR-in neft naziri Süleyman Vəzirov öz üzərinə götürüb. Ona bu ideyanı verən isə qardaşı Musa Vəzirov olub. Şəkil 1958-ci ilin yanvar ayının 5-də çəkilib. Bu görüş haqqında "Azərbaycan müəllimi" qəzetinin 23 yanvar tarixli sayında Rəmzi Yüzbaşovun məqaləsi dərc edilib".

Şəkildəkilər (soldan sağa). Ön sırada oturanlar: Miraslan Əliyev, Adil Əfəndiyev, Aslan Mirzəzadə, Süleyman Vəzirov, Səməd bəy Acalov, Abdulla Şaiq, Camo Cəbrailbəyli, Vəli Hacıoğlu (Quluyev), Kazım Əliyev, Səftər Quliyev, ....Mahmudbəyov.

İkinci sırada: ... Süleymanov, Zeynal Zeynalov, (?), Əliabbas Xanlarov, Soltan Vəlibəyov, Niyazi, Fuad Əfəndiyev, Əfrasiyab Bədəlbəyli, (?), Azad Əfəndizadə, Rəsul Quliyev, Musa Vəzirov, (?), Daşdəmirov.

Üçüncü sırada: ... Talıbzadə, Bahadur Əfəndiyev, (?), (?), Şəmsi Bədəlbəyli, ... Babayev, Əhməd Babayev, (?), (?), Rəmzi Yüzbaşov, Nadir Əfəndiyev, Saleh Salayev, (?).

Tarix
2014.10.12 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla