Yuxarı

Nazirlik avtobus sürücülərilə “müharibə”yə başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik avtobus sürücülərilə “müharibə”yə başladı - Foto

Avtobus dayanacaqlarını zəbt edən, eləcə də sərnişin avtobuslarını idarə edərkən özbaşınalıqlara yol verən sürücülərin müvafiq qurumlar tərəfindən inzibati məsuliyyətə cəlb edilməsi ilə yanaşı, onların ictimai qınaq obyektinə çevrilməsi üçün də geniş tədbirlər görüləcək.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, NİİM ictimai nəqliyyat vasitələrində qaydaları kobud şəkildə pozan, eləcə də avtobus dayanacaqlarını zəbt edən sürücülərin fotoşəkillərini kütləvi informasiya vasitələrində yaymağa başlayıb. Məqsəd belə sürücülərə qarşı daha ciddi ictimai qınaq formalaşdırmaqdır.

Ş.Mehmanqızı qeyd edib ki, bu tədbirlər bundan sonra daha geniş formada aparılacaq: "Bəzi sürücülər siqaret çəkərək və ya telefonla danışaraq avtobus idarə edirlər. Bu sürücülər sərnişinlərə narahatlıq törətməklə yanaşı, onların həyatını da təhlükləyə atırlar.

Bundan başqa, minik avtomobillərini vətəndaşlar üçün nəzərdə tutulmuş avtobus dayanacaqlarının az qala düz içində saxlayan və oranı zəbt edən sürücülər də var. Belə olduqda həmin dayanacaqda adamlar dayana bilmirlər. Biz həmin sürücülərin və avtomobillərin şəkillərini yaymaqla, düşünürük ki, bəlkə bu yolla onlar cəmiyyətdə ictimai qınaq obyektinə çevrilsinlər, utansınlar, abır-həya etsinlər.

Mərkəzdə hər gün 20-30 belə şəkil qeydə alınır. Əslində isə belə faktların sayı dəfələrlə çox olur. Biz bu istiqamətdəki işləri bundan sonra da davam etdirəcəyik ki, bəlkə həmin sürücülər ətrafındakı insanlardan, dostlarından, ailə üzvlərindən utanıb belə qanunsuz və ikrah hissi doğuran əməllərindən əl çəksinlər".

Tarix
2014.10.13 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla