Yuxarı

Mağazaya silahlı basqın edən dəstə yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mağazaya silahlı basqın edən dəstə yaxalandı

Abşeron rayonunun Digah qəsəbəsində marketə silahlı basqın edən mütəşəkkil dəstə tutulub.

Bu barədə Axar.az-a Abşeron Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, əslən müxtəlif rayonlardan olan, ancaq Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan mütəşəkkil dəstə üzvləri Ramin Məmmədov, Samir Abdullayev, Emin Rəsulov, Mirağa Abbasov və Elvin Abdullayev Abşeron polisinin həyata keçirdiyi əməliyyat nəticəsində yaxalanıblar.

Xatırladaq ki, bir müddət öncə sözügedən dəstə Abşeron rayon Digah qəsəbəsində "Nicat" mağazasına silahlı basqın təşkil ediblər. İdman papaqlarından istifadə etməklə maskalanan cinayətkar qrup üzvləri marketin mühafizəçiləri Zaur Həsənov və Xəyal Rüstəmova xəsarət yetiriblər, daha sonra isə mağazanın satıcıları Şahanə Dostuyeva və Rəvanə Məmmədovanı soyuq silahla təhdid edərək, kassada olan 6 min manat pulu oğurlayıb aparmışdılar.

Hazırda cinayətkar qrupa qarşı Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə ittiham irəli sürülüb. Dəstə üzvlərinin əvvəllər məhkum olunduğu qeyd edilir.

Əlavə edək ki, son 10 gündə ölkədə 3-ü Bakıda və biri Abşeronda olmaqla, 4 quldurluq hadisəsi baş verib.

Tarix
2014.10.15 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla