Yuxarı

Real tələbat əvvəlki ildən çoxdur - Axundova

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təklif edirəm ki, şəhid ailələrinə fərq qoymadan onlara 11 min manat komsepsasiya ödənilsin. Bu, sosial ədalət prinsipinə tam uyğundur.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

Deputat bildirib ki, bəzi şəhid ailələri əvvəl də kompensasiya alıblar:

“Əvvəlki illərdə şəhid ailələri 50 min manat və ya 5 “şirvan” alıbsa, bunu təkrar hesablamaq və 11 min manatdan çıxmaq olar. Fikrimcə, sosial ədalət prinsipini saxlamaqla ictimai narazılığın qarşısını almaq mümkündür”.

Elmira Axundova daha sonra xatırladıb ki, uşaqpuluna görə müavinət əvvəlki illərdə olduğu səviyyədə saxlanılıb: “Ancaq real tələbat əvvəlki ildən çoxdur. Hesab edirəm ki, ikinci, üçüncü və sonrakı doğuşlara görə müavinət ödənilməlidir. Yəni birinci uşağa görə 100 manat ödənilirsə, ikinci uşağa görə bu rəqəm daha çox olmalıdır. Nəzərə almaq lazımdır ki, statistikaya əsasən bizdə doğum azalıb”.

Deputat daha sonra təklif edib ki, ailəsində əlillərə xidmət edən şəxslərə maaş verilməlidir:

“Nəzərə almalıyıq ki, bizdə sosial xidmət formalaşmayıb. Əlillər nə zamansa dünyasını dəyişəndə ona xidmət edən xanımı, anası və ya bacısı işsiz qalır. Xahiş edirəm, bu məsələlərə diqqətlə yanaşasınız”.

Tarix
2018.11.14 / 17:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla