"AMEA-da islahatlar davam
edir. AMEA tabeliyində olan institutlara bundan sonra maliyyə
ayırmayacaq".
Bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti Akif Əlizadə
deyib.
Onun sözlərinə görə, xüsusi müsabiqəli elmi proqramlar təsis
olunacaq ki, onlar büdcədən maliyyələşəcək: "Bu isə o deməkdir ki,
elmi fəaliyyətin davam etdirilməsi üçün ayrılan vəsait, aktual
problemləri əhatə edəcəyi təqdirdə onlara maliyyə ayrılacaq. Bu isə
alimlərin çalışmasını stimullaşdıracaq. Müsabiqəli elmi-tədqiqat
proqramlarının maliyyələşdirilməsi məhz gənclərin elmə marağının
daha da artmasına xidmət edəcək. Gənclərin bu müsabiqələrdə
iştirakı isə vacibdir. Çünki bu proqramlar bilavasitə gənclərə elə
şərait yaradılacaq ki, onlar əvvəllər 200 manat vəsaitlə təmin
olunurdularsa, indi 1200 manatla təmin olunsunlar. Bundan əlavə,
AMEA mütəmadi müsabiqələrin keçirilməsini planlaşdırır. Bu
müsabiqələr isə gənclərin impakt faktorlu jurnallarda məqalələrinin
çap olunmasına şərait yaradacaq. İstinad indeksi məşhur olan elmi
jurnallarda da məqalələrin çapı nəzərdə tutulur".
A. Əlizadə gənc alimlərinin sosial vəziyyətlərinin
yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlərdən də danışıb:
"Onların yeni mənzillərlə təminatı, istirahətlərinin səmərəli
təşkili diqqət mərkəzindədir. Xatırlayırsınızsa, incəsənət
xadimləri üçün "Art City" ayrılmışdı. O şəhərcik məhz incəsənət
xadimlərinin istifadəsinə verildi. Biz də bu istiqamətdə prezidentə
müraciət etmişik ki, elmlər akademiyasının üzvləri, gənc alimlər
üçün "Science City" elm şəhərciyinin yaradılmasını təmin etsin.
Burda əsas üstünlük gənclərin sosial vəziyyətlərinin
yaxşılaşdırılmasına yönəldiləcək. Bu isə 30-50 yaş qrupunu əhatə
edəcək elm adamlarının həyat şəraitinin yaxşılaşdırılmaq məqsədi
daşıyır".
AMEA-nın tərkibində magistratura pilləsinin yaradılması
probleminin artıq həll olunduğunu deyən A. Əlizadə bildirib ki,
artıq ixtisaslar da ayrılıb: "Bu ixtisasların sayı 47-dir. AMEA-da
magistratura problemi digər ali təhsil ocaqlarındakından fərqlidir.
Çünki bizə oxşar magistratura yaratmaq gərəkli deyil. Məsələn, AMEA
üçün vacib olan odur ki, bakalavrlar magistratura pilləsində
Azərbaycan elminə lazım olan qədim dillər üzrə biliklərini
dərinləşdirsinlər, qədim erməni, yunan və ölü dilləri
öyrənsinlər".