Yuxarı

Ekstrasens açıqladı: cinlərdən necə istifadə edilir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az parapsixoloq, ekstrasens Vüsal Mərdinli ilə müsahibəni təqdim edir:

- Vüsal bəy, əvvəlcə sizdən danışaq: kimsiniz?

- 1984-cü ildə Füzuli rayonunun Verdinli kəndində doğulmuşam. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsində təhsil almışam. Hüququ ailəmin istəyi ilə seçdiyim üçün bu sahədə işləmək istəmədim. Sonradan Türkiyədə psixologiya üzrə təhsil almışam, bir il bədən dili öyrənmişəm. 8 ildir peşəkar şəkildə parapsixologiya ilə məşğul oluram.

- Dünyada parapsixologiyaya münasibət necədir?

- Parapsixologiya bir elmdir. Hazırda Avropanın hər bir ölkəsində bu sahədə fəaliyyət göstərən eksorsizm klinikaları var - məsələn, ABŞ, Böyük Britaniya, Almaniya, Hindistan, eləcə də müsəlman ölkələrində fəaliyyət göstərir. Müsəlmanların yaşadığı Dağıstan, Rusiya, Çeçenistan kimi ölkələrdə də bu sahə üzrə xəstəxanalar var.

Son zamanlar ölkədə xoşagəlməz hadisələr baş verdiyinə görə parapsixologiyaya münasibət birmənalı deyil. Təəssüf ki, bu elmi bilməyən şəxslər bir vətəndaşımızın ölümünə səbəb oldular. Kaş ki, belə bir hadisə baş verməyəydi. Bilmədən, araşdırmadan hansısa fanatik qrupa cinçıxarma üçün müraciət etmək düzgün deyil.

- Ümumiyyətlə, cinçıxarma deyilən bir şey varmı?

- Bəli, bayaq dediyim kimi, bu, eksorsizm adlanır. Kanada, ABŞ və Avropanın bir çox ölkələrində bu elmə müraciət olunur.

Nəyisə görmürüksə, hiss etmiriksə, bu o demək deyil ki, həmin şey yoxdur. Məsələn, artıq elə teleskoplar yaradılıb ki, insanların görmədiyi varlıqları göstərə bilir. MPVT dalğaları var ki, eksorsistlər həmin gözəgörünməz varlıqlarla bu dalğalar vasitəsilə əlaqə yarada bilirlər. Bu barədə Rusiya, Türkiyə telekanallarında sənədli filmlər də nümayiş olunub. Xarici ölkələrin dövlət orqanlarında eksorsistlərdən, ekstransenslərdən istifadə olunur. Yaxşı olardı ki, ölkəmizdə bu elmi məsxərəyə qoymaqdan, təqib etməkdənsə, dəstək olsunlar. Kaş ki, bizdə də başqa yerlərdə olduğu kimi eksorsizm mərkəzləri yaradılaydı.

- Nə vaxt hiss etdiniz ki, sizdə belə bir fövqəltəbii güc var?

- İlk dəfə 14 yaşımda fərqinə vardım. Əvvəlcə psixoterapevtə müraciət etdik, məlum oldu ki, əslində, heç bir problemim yoxdur. Hiss edirdim ki, başqa varlıqlar mənimlə əlaqə yaratmağa çalışır. Bu, adətən gündüzlər baş verirdi.

Psixologiyada insan beynində “şəxsiyyətin ikiləşməsi” deyilən bir proses var. Beynimdə ikinci bir “mən” işə düşürdü. Hiss edirdim ki, kimsə məni çağırır. Mənə aidiyyəti olmayan informasiyalar gəlirdi.

- Həmkarınız Zirəddin Rzayevin də qatıldığı ekstrasenslərin şousunda yarışmaçıların əvvəlcədən pul ödəmələri ilə bağlı məlumatlar yayıldı. Bu barədə nə deyə bilərsiniz?

- Zirəddin bəyin qabiliyyətlərinə inanıram. Şəxsən tanış olmasam da, onun fəaliyyəti ilə maraqlanmışam. Moskvada seanslarım olanda Zirəddin bəylə görüşmüş insanların ondan necə razı qaldıqlarını eşitmişəm.

Verilişlə bağlı düzmə-qoşma məsələsinə gəlincə isə onu deyə blərəm ki, pul, reytinq olan hər yerdə belə hallar baş verir.

Əslində, ekstrasenslərin də bacarığı bir yerə qədərdir. Bizim cinlərlə təmasımız var, cadunun yerini, magiyanı bilirik, itkini tapırıq, amma ekstrasenslər peyğəmbər deyil, onlardan hər şeyi çözməyi gözləmək olmaz.

Bir şeyi deyim ki, ekstrasenslər onlarla kriminal hadisənin üstünü açıb.

- Hər zaman din adamları ilə ekstrasenslər arasında anlaşılmazlıq olur. Hər iki tərəf bir-birini inkar edir. Amma siz deyirsiniz ki, həm də ibadətlə məşğul olursunuz.

- Qurani-Kərimdə “Nəml”, “Əmbiya”, “Fələq”, “Nas”, hətta “Bəqərə” surəsinin özündə cindən bəhs edilir. Cin haqqında yazılanları Qurandan çıxarsaq, Quranın yeddidə birini ixtisar etmiş olarıq. Bu barədə Quranda geniş şəkildə məlumat verilib. Hazırda Azərbaycandakı bəzi ilahiyyatçılar ictimai qınaqdan qorxduqları üçün bu mövzuya girmirlər, daim inkar edirlər.

Cinin insana toxunması barədə “Bəqərə” surəsinin 275-ci ayəsində qeyd olunub. Bununla bağlı insanlar düzgün maarifləndirilməli və yönəldilməlidr. İnsanlar bu mövzulardan qaçanda nəticədə kimsə kimisə döyüb öldürür, aldadır, evini satdırır.

- Siz bu elmi başqalarına kitablar vasitəsilə öyrədirsiniz?

- Əlbəttə. Bu elmi öyrənmək istəyən şəxsin ibadətləri yerində olmalı, islam dininə uyğun həyat tərzi yaşamalıdır. Bizə ruhçağırma ayinlərinin videolarına baxandan sonra müraciət edənlər çox olur. Ruh Rəbbimizin əmrindədir, yəni bizim aramızda ruh yoxdur. Bütün bunlar falçı qadınların uydurmalarıdır. İnsanla birlikdə Yerin konkret daha bir sakinləri var - cinlər. Onlarla təmas çox asandır. Bəzən insanlar fərqində olmadan, bilmədən onlara qapı açırlar.

- Parapsixologiyanı ödənişlə öyrədirsiniz?

- Kimisə öyrədirəmsə, əvəzində halallıq olaraq az məbləğdə ödəniş alıram. Xəstələri də ödənişli qəbul edirəm. Buna görə vergi ödəyirəm və xəstələrə qəbz verirəm.

- Siz ödənişi nəyə əsasən müəyyənləşdirirsiniz?

- Düzü, Azərbaycanda gördüyümüz işin qarşılığında çox cüzi məbləğ qazanırıq. Mənim burda cüzi məbləğə gördüyüm işi xaricdə 5000 dollara görürlər. Dediyim kimi, xaricdə bu, çox gəlir gətirən bir sahədir. Əgər sponsor tapsam, öz fəaliyyətimi daha da genişləndirəcəyəm.

- Ekstrasenslik qanuni fəaliyyət sayılır? Gördüyünüz işə görə xüsusi icazə almısınızmı?

- Əgər klinika açmaq istəsək, bunun üçün xüsusi icazə alacağıq. İndi maddi vəziyyətim yaxşı olmadığı üçün klinika yarada bilmirəm. Sponsor tapılsa, aidiyyəti orqanlara müraciət edib icazə almağa hazıram. Türkiyədə parapsixoloqlar “Ruhi İnkişaf” mərkəzlərinin tərkibində fəaliyyət göstərirlər.

- Sizə daha çox kimlər müraciət edir?

- Müraciət edənlər daha çox həkimlər və ziyalı təbəqənin insanlarıdır. Tanınmışlardan da müraciət edənlər olur, amma hər zaman gizliliyi qoruyuruq. Millət vəkilindən tutmuş ən yuxarı rütbəlilərə qədər – çox adam müraciət edir. Müraciət edənlər daha çox şou-biznes əhlidir.

- Şou-biznes nümayəndələri daha çox nədən şikayət edirlər?

- Ən çox işlərinin alınmaması, layihələrin yarımçıq qalmasından şikayətlənirlər. Bunun da ən başlıca səbəbi nəzərdir. Nəzər magiyadan, cadudan da pisdir. İnsanlar çalışmalıdır ki, bir iş görən zaman bunu başqalarına bildirməsinlər. Başqaları biləndə alınmır.

- Nəzəri aradan qaldırmaq üçün gözmuncuğu, üzərlik işə yarayırmı?

- Gözmuncuğu tamamilə boş şeydir. Üzərliyin isə təsiri var. Həmin bitki yaydığı dalğalardan dolayı təsirlidir. Amma ən güclüsü Qurani-Kərimlə edilən təsirdir. Quran nəzəri təmizləyir. İnsanlar sidq ürəkdən dua etsələr, “Fələq”, “Nas” surələrini oxusalar, ehtiyacı olan adamlara sədəqə versələr, nəzərdən, bəladan daha tez qurtula bilərlər.

Anidən paltar ilişib cırılırsa, çay üzərinizə tökülürsə, büdrəyib yıxılırsınızsa, demək, üzərinizdə nəzər var. Cadu, magiya, cinvurma adamı psixi xəstəyə çevirir, nəzər isə öldürür.

- Ən uğurlu seansınız hansı olub?

- 18 ölkədə seanslar keçirmişik. Ermənistandan başqa bütün postsovet ölkələrində, Türkiyədə, BƏƏ-də, İranda 100-dən çox ağır xəstəyə baxmışıq.

Onu da qeyd edim ki, bu seansların heç bir həyati təhlükəsi yoxdur.

Bəzən kiminsə mənəvi problemi olur, amma deyə bilmir. Bu zaman biz təlqindən istifadə edirik. Adam var ki, təlqinə həddən çox inanır. Bir dəfə rayondan gələn xəstələrdən biri dedi ki, məni bağlayıblar. Amma heç bir şeyi yox idi. Nənəmin şalını xanıma verib dedim ki, bu xüsusi bir yerdən gəlib, belinə bağla, hər şey düzələcək. Tapşırdım ki, şalı mütləq mənə qaytarsın. Bir müddət sonra dedi ki, hər şey qaydasına düşüb. Əslində, şalda heç bir şey yox idi. Sadəcə, onu inandırdım ki, düzələcək. Mən bu gün ona təlqin etməsəm, gedib başqasına aldanacaq. Bu işlə məşğul olanların heç biri təlqinlə məşğul olduğunu inkar edə bilməz. Amma bu, aldatma deyil. Çünki həmin adamın valideyninə məlumat vermişdik ki, övladınızın problemi yoxdur, biz ona təlqin edəcəyik, özü başa düşəcək ki, heç bir problemi yoxdur.

- Bayaq dediniz ki, bəzi ölkələrin dövlət orqanları ekstrasenslər, parapsixoloqlar vasitəsilə cinlərlə əlaqə yaradaraq, mühüm sirləri, cinayətləri aça bilirlər.

- Böyük ölkələr, məsələn, Rusiyanın OPT kanalında yayımlanan “Saverşenno sekretni”(“Tam məxfi”) proqramına baxsaq, görərik ki, İosif Stalindən tutmuş sonrakı hökumətlər, NKVD-nin özü kəşfiyyatda, əks-kəşfiyyatda, məlumatların toplanmasında parapsixoloqlar vasitəsilə bizim cin dediyimiz varlıqlarla əlaqə yaradıblar. Bu metoddan artıq bir çox ölkələrdə istifadə olunur.

(Ardı var)

Tarix
2018.12.04 / 11:49
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla