Yuxarı

Bakı otellərində Yeni il şənliyinin – Qiymətləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ili maraqlı və yaddaqalan keçirmək hər kəsin arzusudur. Bakıda fəaliyyət göstərən müxtəlif otellər belə arzusu olanlar üçün bu imkanı yaradır.

Maraqlıdır, otellərdə bir neçə saatlıq Yeni il bayramını qeyd etmək neçəyə başa gəlir?

Axar.az paytaxtda yerləşən otellər arasında bununla bağlı keçirdiyi sorğunu təqdim edir:

“Bulvar” otel

Bu otelin restoranında təşkil olunan Yeni il gecəsində iştirak etməyin qiyməti 220-300 manat arasında dəyişir. 6 yaşa qədər uşaqlara giriş pulsuzdur. 6-12 yaş aralığında olanlar isə 50 faiz endirimlə oteldə yeni ili qarşılaya bilərlər. Bu qiymətə şou proqramlar, yeməklər və seçimə görə ağ, qırmızı şərab daxildir.

“For Sizn” otel

Bu oteldə Yeni ili 1-ci və 9-cu mərtəbələrdə qeyd etmək mümkündür. Əgər bayramı 1-ci mərtəbədə yerləşən restoranda qeyd etmək istəyirsinizsə, buraya giriş pulsuzdur və yalnız menyudan sifariş verdiklərinizin pulunu ödəyəcəksiniz. Otelin 9-cu mərtəbəsində isə şərab seçimindən asılı olaraq qiymətlər 250-350 manat aralığında dəyişir.

“Feirmont Baku” hotel

“Feirmont”da da Yeni il fərqli mərtəbələrdə qeyd ediləcək. Otelin 3-cü mərtəbəsində Yeni il proqramı saat 21.00-dan 03.00-a kimi davam edəcək və burada adambaşına düşən məbləğ 150 manatdır. 19-cu mərtəbədə yerləşən restoranda isə 20.00-dan 01.00-a kimi davam edəcək və giriş 299 manatdır.

“Vinter Park” otel

Bu oteldə Yeni il proqramı saat 20.00-dan gecə saat 2-yə, 3-ə qədər davam edəcək. “Vinter Park”da Yeni ili qarşılamaq istəyənlər 200 manat ödəniş etməlidirlər. 3 yaşa qədər uşaqlara restorana giriş pulsuz, 3 yaşdan 12 yaşa qədər 100 manat, böyüklər üçün isə 200 manatdır.

“JV Marriott Abşeron” otel

Burada Yeni ili qeyd etmək istəyən şəxslər 120 manat ödəniş etməlidirlər. 6 yaşa qədər uşaqlar pulsuz, 6 yaşdan 12 yaşa qədər olan uşaqlara görə isə 50 faiz endirim tətbiq olunur.

“Hilton Baku”

“Hilton”un 24-cü mərtəbəsində canlı musiqi, saksofon və 6 növ yemək, 1 bakal şərab 210 manatdır. Bütün bunlar otelin 25-ci mərtəbəsində isə 250 manata təklif edilir. 1-ci mərtəbədə isə açıq bufet və içkilər cəmi 130 manata təklif olunacaq.

“Park İnn” otel

Bu oteldə Yeni il gecəsi üçün hər hansı proqram təşkil edilməyəcək. 1-ci mərtəbədə yalnız şam etməyə icazə veriləcək. Bunun üçün isə xüsusi bir məbləğ təklif edilmir. Menyuda olan qiymətlərə uyğun olaraq hesabı ödəyəcəksiniz.

Tarix
2018.12.11 / 00:52
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla