Yuxarı

Rövşən Rzayev məcburi köçkünlərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rövşən Rzayev məcburi köçkünlərlə görüşdü - Foto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xəzər rayonunun Şüvəlan qəsəbəsində Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub.

Axar.az xəbər veirr ki, məcburi köçkünlər mənzil-məişət problemləri barədə komitə sədrinə ətraflı məlumat veriblər. Onların müraciətləri diqqətlə dinlənilib, sualları cavablandırılıb.

Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini ölkədə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib, onların məşğulluğunun, maddi rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıtda həyat üçün təhlükəli və qəzalı binalarda məskunlaşmış, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı işlərin sürətləndirilməsi barədə tapşırıq verib.

Komitə sədri görüşdə qaldırılmış məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Tarix
2018.12.14 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla