Yuxarı

Bakı-Ankara arasında bu sahədə protokol imzalandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Ankara arasında bu sahədə protokol imzalandı - Foto

Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Axar.az-a bildirilib ki, İzmir şəhərində beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

İclasın məqsədi Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, eyni zamanda ölkələrimiz arasında bağlanmış ikitərəfli Sazişin tələblərinin icrası olub.

Görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Türkiyə nümayəndə heyətinə Nəqliyyat və İnfrastruktur Nazirliyinin avtomobil daşımalarının tənzimlənməsi baş idarəsinin rəisi Mahmut Gürses rəhbərlik edib.

İclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən “İcazə” blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları kimi məsələlər müzakirə olunub. Eyni zamanda, “Bakı-İstanbul-Bakı” sərnişindaşıma marşrutlarında iştirak edən avtobusların sayı ilə əlaqədar paritetliyin gözlənilməsi, “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsi ilə bağlı qarşıda duran məsələlər, Azərbaycan Respublikasının ümumi istifadəsində olan avtomobil yolları ilə hərəkət edən iriqabaritli və ağırtonnajlı xarici nəqliyyat vasitələrinin icazə verilən çəkisi ilə Vergi Məcəlləsinin 211.2 maddəsi arasında olan uyğunsuzluq, hər iki ölkənin avtodaşıyıcılarının viza alınması prosedurlarının sadələşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikasının avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı “Sədərək-Dilucu” sərhəd-keçid məntəqəsindəki mövcud problemlər, 2019-cu ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan “İcazə” blanklarının kvota sayı, daşımaların inkişaf perspektivləri və digər aktual məsələlərlə bağlı danışıqlar aparılıb.

Dövlət avtomobil nəqliyyatı xidmətinin rəisi Həbib Həsənov son illər ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilən irimiqyaslı islahatlardan, yol-nəqliyyat strukturundakı yeniliklərdən, həyata keçirilən iri regional layihələrdən danışıb.

Qarışıq Komissiyanın növbəti iclasında yuxarıda qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzərdə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyətləri arasında müvafiq protokol imzalanıb.

Tarix
2018.12.14 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan: Bu qələbə türk dünyasının qürur mənbəyidir!

Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

Paşinyanın cəsur addımlarını izləyirik - Ərdoğan

Bakıda hərbi parad keçirilir: Şahbaz Şərif çıxış edir - Canlı

Rus helikopterin vurulmasına Prezidentin reaksiyası...

Qazaxıstanın müdafiə naziri Bakıda hərbi paradda iştirak edir

Ermənilərin bu arzusunu biz gerçəkləşdirdik - İlham Əliyev

Bu gün ilk dəfə olaraq Azadlıq meydanında onlar da var

Bu gün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı...

Onun dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla