Yuxarı

Sürücülərdən “166” xidmətinə ittiham

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərdən “166” xidmətinə ittiham

Sürücülər "166" Yükdaşıma Xidmətindən narazılıq edirlər.

Axar.az-a verilən məlumata görə, sürücülərə ölkədaxili yollarda 20 tondan artıq yük daşımağa icazə verilmir. Qanunla 20 tondan artıq yük daşımaq qadağandır. Ancaq "166" Yükdaşıma Xidmətində çalışan sürücülərə bu qadağa şamil olunmayıb. Onlara 30-40 ton yük daşımağa şans verilir.

Sürücülər qeyd edirlər ki, Yükdaşıma Xidməti də bu üstünlükdən istifadə edir:

"Biz də çörək pulu qazanmaq istəyirik. Onlardan fərqimiz nədir? Niyə belə ayrı-seçkilik edilir? Bu dəqiqə Tovuz, Qazax, ölkənin müxtəlif istiqamətlərinə tikinti materialları daşıyan o sürücülərə həmin xidmətə aid olduqlarına görə icazə verilir ki, 30-35 ton aparsınlar. Bizə çatanda isə qanun yada düşür".

Xatırladaq ki, "Yükünüzü daşıyırıq" şüarı altında fəaliyyət göstərən "166" Yükdaşıma Xidməti təxminən iki ilə yaxındır fəaliyyət göstərir. Şirkət yüklərin daşınması, ofislərin və evlərin köçürülməsi, təmizlik xidməti, ev ustası xidməti, ev heyvanlarının daşınması, qablaşdırma, mebellərin sökülməsi və quraşdırılması, müxtəlif avadanlıqların quraşdırılması və yüklərin yerdəyişməsi kimi işləri həyata keçirir.

Tarix
2014.10.31 / 21:58
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla