Yuxarı

Kiyevə hücum Putinin daha geniş planının bir hissəsidir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiyevə hücum Putinin daha geniş planının bir hissəsidir

Rusiya Ukraynaya qarşı kütləvi hücumlarını davam etdirir, mülki infrastrukturu hədəfə alır və dinc əhalini öldürür. Üstəlik, Rusiya Xarici İşlər Nazirliyində Kiyevə yeni zərbələr endiriləcəyi ilə bağlı təhdidlər səsləndirilib.

Axar.az xəbər verir ki, bu sözlər “Bild” nəşrində qeyd olunub.

Nəşr yazır ki, Kreml Ukrayna qoşunlarının müqavimət göstərməsinə baxmayaraq, bütün Donbası ələ keçirmək planlarından imtina etmir. Ehtimal olunur ki, Rusiya artıq 2026-cı ilin yayı üçün hərbi əməliyyat planı hazırlayıb və Kiyevə edilən zərbələr bunun yalnız başlanğıcı ola bilər.

Avstriyalı hərbi ekspert Markus Reisner jurnalistlərlə söhbətində bildirib ki, Rusiya hazırda əsas diqqətini şərq cəbhəsinin mərkəzi hissəsinə yönəldib və eyni zamanda Xarkov, Sum və Zaporojye vilayətləri istiqamətində təzyiqi artırır.

“Məqsəd Ukraynanın müdafiəsinin zəiflədiyi yerlərə hücum etməkdir. Ukrayna qoşunları şimala köçürülməyə məcbur edilməlidir ki, sonradan Rusiyanın Donetsk vilayətini ələ keçirməsi daha asan olsun”, — deyə Reisner vurğulayıb.

Britaniyalı ekspert Keyr Giles isə vəziyyəti daha ehtiyatlı qiymətləndirib. O əlavə edib ki, hələlik Rusiyanın böyük yay hücumuna hazırlaşdığına dair açıq əlamətlər görmür:

“Moskva üçün hazırda artıq işğal edilmiş ərazilər həlledici əhəmiyyət daşımır. Cəbhə xəttinin dəqiq harada yerləşməsi müharibənin nəticəsi üçün ikinci dərəcəlidir. Daha vacib olan diplomatik, iqtisadi və siyasi amillərdir”.

Tarix
2026.05.26 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla