Yuxarı

Ermənilərin atəşi nəticəsində ziyan dəymiş 121 ev bərpa edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin atəşi nəticəsində ziyan dəymiş 121 ev bərpa edilir

Ağdam rayonunda ermənilərin açdığı atəş nəticəsində ziyan dəymiş 121 evin bərpasına başlanılıb.

Report-un məlumatına görə, bərpa, təmir və tikinti işləri Prezident İlham Əliyevin imzaladığı "Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamına əsasən aparılır.

Qeyd edək ki, sərəncamla Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Ağdam Rayon İcra Hakimiyyətin Memarlıq və tikinti şöbəsinin müdiri Abduləli Mehdiyev "Report"un Qarabağ bürosuna bildirib ki, 19 kənddəki 121 evdə yenidən tikinti və bərpa işləri aparılacaq: "Artıq Qaradağlı, Əfətli və Evoğlu kəndlərində söküntü və tikinti işlərinə başlanılıb. Əfətlidə 25, Qaradağlıda 21, Zəngişalıda 12, Çəmənlidə 33, Əhmədağalıda 11, Qərvənddə 12, Təzəkənddə isə 7 evdə əsaslı təmir və bərpa işləri aparılacaq".

Tarix
2019.01.10 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla