Yuxarı

Bü gün Radio və Televiziya ad gününü qeyd edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bü gün Radio və Televiziya ad gününü qeyd edir

Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

6 noyabr 1926-cı ildə Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına da başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

1953-cu ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün isə yeni teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanılıb.

Bu məqsədlə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2,5 milyon manat məbləğində vəsait ayrılıb. Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.

Tarix
2014.11.06 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla