Yuxarı

Sabiq başçının 5 ildir “bağladığı” park nə vaxt açılacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının məşhur parklarından olan Ayna Sultanova parkı 2014-cü ilin 25 dekabr tarixindən təmirə bağlanıb.

Axar.az xəbər verir ki, parkın təmirə bağlanma səbəbi artıq istismar müddətini başa vurması və 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ilə bağlı idi.

Hətta həmin illər Binəqədi İcra Hakimiyyətinin başçısı olan Xaləddin İsgəndərov da parkın yenidən qurulması ilə bağlı göstəriş vermiş və parka giriş-çıxış bağlanmışdı. Parkı əhatələyən lövhələrdə təmirdən sonra parkın yeni görkəminin şəkilləri təqdim olunmuşdu.

Parkda başlayan sürətli təmir qəfil də dayandı və artıq 5 ildir ki. parkı hasar içində “can verir”.

Binəqədi İcra hakimiyyətindən redaksiyamıza bildirildi ki, artıq bu ildən etibarən Ayna Sultanova parkında işlərə start verilib:

“Park artıq təmir edilir. İşlər çoxdan başlayıb. Tamamlanma işlərinin nə vaxt yekunlaşacağı ilə bağlı konkret söz demək hələlik mümkün deyil. Ancaq sakinlərin də istəyini nəzərə alaraq mümkün qədər işləri tez yekunlaşdırmağa çalışırıq. Park tam yeni görkəmdə istifadəyə veriləcək”.

Tarix
2019.02.21 / 10:06
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?

Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi

Uraloğludan Xankəndidən təsirli sözlər - Foto

Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif

Elşən İbrahimov Rusiya vətəndaşlığından çıxarıldı

Ərdoğan, Şərif və Əliyevin əl-ələ mühüm mesajı - Video

Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla