Yuxarı

Başçı müavininin qardaşının qəfəsə saldığı ayı ilə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı müavininin qardaşının qəfəsə saldığı ayı ilə bağlı qərar

Quba rayonunda bir vətəndaşın qəfəsdə saxladığı qonur ayı ilə bağlı qərar verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, qonur ayı nazirliyin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Xatırladaq ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığını aşkar ediblər.

Abbas Zeynalovun həkim və xoşməramlı səfir olduğu bildirilir. Qeyd edilir ki, Abbas Zeynalovun bacısı Həsənova Afət Əbil qızı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinidir.

Abbas Zeynalov Qubanın imkanlı şəxslərindən biridir. Onun rayonda balıq vətəgələri və meyvə bağları var. O, həmçinin sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun xalası oğludur.

Tarix
2019.03.01 / 11:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla