Yuxarı

Paşayeva Şri-Lankada təbliğat aparır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva Şri-Lankada təbliğat aparır - Foto

Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın fəal qadınları Şri-Lankanın paytaxtı Kolombo şəhərində keçirilən “Qadınların gələcəyi 2019” adlı II beynəlxalq konfransda iştirak ediblər.

Axar.az xəbər verir ki, dünyanın 20-dən artıq ölkəsindən çoxlu fəal qadının qatıldığı beynəlxalq konfransda qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda və biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparılıb.

Q.Paşayeva və nümayəndə heyətinin üzvləri beynəlxalq konfransda müzakirələr zamanı təkliflərlə çıxış ediblər və müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı, iqtisadi imkanları, ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıblar.

Görüşlərdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar, həmçinin Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadın və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıblar.

Müzakirələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycanın siyasətində önəmli yer tutduğunu vurğulanıb.

Q.Paşayeva Azərbaycanın Qərblə Şərq və Qərblə müsəlman dünyası arasında önəmli bir körpü olduğunu, mədəniyyətlərarası dialoq sahəsində gördüyü böyük işlər, əldə etdiyi uğurlar barədə danışıb.

Konfrans çərçivəsində tədbirin təşkilatçılarından olan Bilgilərin idarəetməsi üzrə beynəlxalq institutun həmtəsisçisi və icraçı direktoru İsanka P.Gamage ilə görüş də keçirilib və qadınlarla bağlı bu cür beynəlxalq konfransın əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2019.03.01 / 14:08
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla