Yuxarı

“Azercell”in dəstəyi ilə tələbələr üçün seminar keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell”in dəstəyi ilə tələbələr üçün seminar keçirildi

Fəaliyyətinin 10 illiyini qeyd edəcək Azərbaycanın ilk biznes inkubatoru Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafına öz töhfəsini verməyə davam edir.

Axar.az xəbər verir ki, zəngin təcrübə, peşəkər mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyi ilə gənc istedadlara öz ideyalarını reallaşdırmaq şansını verən mərkəz növbəti dəfə tələbələri bir araya gətirib. Belə ki, mərkəzin dəstəyi ilə “Owbike” startapı tərəfindən tələbələrə “1 günə sayt yaratmağı öyrən” adlı seminar keçirilib. Seminar zamanı sayta ehtiyacı olan şirkətlərin tapılması, bazar araşdırmasının aparılması, şirkətlər üçün vebsayt kontentinin düzgün tərtib olunması və “Owbike” sistemi çərçivəsində sayt yaradıb şirkətlərə təklif olunması tələbələrə öyrədilib. Təlim zamanı həmçinin keyfiyyətli şəkildə hazırlanan və təqdim olunan saytların şirkətlərə verdikləri üstünlüklər, düzgün kontent strategiyasının müəyyən edilməsi və digər aktual mövzular müzakirə olunub. Seminarın təşkil olunmasında məqsəd tələbələrə “Content Management” (məzmun idarəolunması) peşəsinin əsaslarını öyrətmək və gələcəkdə bu yöndə peşəkar şəkildə fəaliyyət göstərmələrinə yardımçı olmaqdır. “Owbike” startapı bundan sonra da ödənişsiz seminarların keçirilməsini davam etdirəcək.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti “Owbike” buludda sayt yaratma sistemidir. Sistemdən istifadə edərək sahibkarlar heç bir texniki biliyə sahib olmadan öz gəlirlərini artıracaq biznes saytlarını asanlıqla yarada bilərlər. Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə yaradılmış bir layihədir. Mərkəz əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək, onların müstəqil şirkətə çevrilməsinə kömək edir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.03.05 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla