Yuxarı

Bu qəzetlərə ayrılan maliyyə dayandırılacaq - Yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qəzetlərə ayrılan maliyyə dayandırılacaq - Yenilik

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərə maliyyə yardımı ayrılması ilə bağlı şərtlərinə yeni əlavə edilib.

Axar.az xəbər verir ki, bu barədə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli fondun Müşahidə Şurasının iclasında çıxışı zamanı danışıb.

İcraçı direktor qeyd edib ki, fevral ayının yekunları ilə bağlı Fonda təqdim olunan hesabatlar 2019-cu ilin I rübündə layihələri maliyyələşdirilən xeyli sayda qəzetin tiraj və yayımla bağlı yeni şərtləri yerinə yetirmək imkanında olmadığını göstərib.

Vüqar Səfərli bununla əlaqədar 2019-cu ilin II rübü üzrə KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərinə yeni əlavənin edilməsi təklifini irəli sürüb. İcraçı direktor bildirib ki, həmin əlavəyə əsasən, son üç ildə müntəzəm nəşr olunan, müsabiqə elan olunan günədək Fondun maliyyələşmə şərtlərini yerinə yetirən, səhifələrinin sayı 24-dən (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan həftəlik, o cümlədən mövcud şərtlərlə fəaliyyətini davam etdirə bilmədiyinə görə həftəlik nəşr olunacaq gündəlik ictimai-siyasi qəzetlərə də müəyyən tələblər çərçivəsində maliyyə yardımının ayrılması təklif olunur.

İcraçı direktor vurğulayıb ki, 2019-cu il aprelin 1-dən bu formatda çıxan qəzetlərin mətbəə xərcləri (kağız və çap xərcləri) Fond tərəfindən ödəniləcək. Aprel-may ayının yekun hesabatına əsasən qeyd olunan şərtlərə əməl etməyən qəzetlərin mətbəə xərclərinin ödənişi dayandırılacaq.

Sonda təklif səsə qoyularaq, yekdilliklə qəbul edilib.

Tarix
2019.03.06 / 16:44
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu şəxslər üçün viza tələbi ləğv edilir

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

Prezident Daramber Qoxul ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla