AzNews.az bir müddət əvvəl xaricdə əyləncə məkanları və turizm
obyektlərində əcnəbi qızları "tora salmaq", "ovlamaq" üçün xüsusi
ətirlərin hazırlandığı bağlı məlumat vermişdi.
Həmin vaxt xəbər ölkədə böyük rezonans doğurmuşdu. Qızları
arzulamadığı seksə təhrik etmək üçün hazırlanan bu ətirlə bağlı
Aznews.az –ın əməkdaşı çox maraqlı məlumatlar əldə edib. Sən demə,
həmin ətrin Azərbaycanda da qeyri-rəsmi satışı həyata
keçirilirmiş.
Özünü müştəri kimi təqdim edən əməkdaşımızla söhbət zamanı
"Ricardo Veron" adlanan bu ətrin satışını həyata keçirən şəxs şok
məlumatlar açıqlayıb. Satıcı "Ricardo Veron" və eyni funksiyalı
"Afrodizyak" ətrinin satışını ölkədə yalnız iki nəfərin əlində
olduğunu bildirib. O, müştərilərə 75 qramlıq ətri 100 manata
satdığını, digər şəxsin isə 30 manat baha-130 manata təklif
etdiyini söyləyib. Onu da qeyd edib ki, ölkədə ətrin kifayət qədər
müştərisi var.
"Ricardo Veron"un keyfiyyətinə zəmanət verdiyini söyləyən satıcı
ətrin Türkiyədən gətirdiyini və ətrin satışı ilə bağlı konkret
mağazanın olmadığını bildirib.
Qeyd edək ki, bir çox ölkələrdə satışı qadağan olunan "Ricardo
Veron" ətrindən son zamanlar Türkiyədə daha çox istifadə edilir
Əyləncə məkanına getməmişdən əvvəl kişilər bu ətirdən istifadə
edir. Bu ətrin insanı başdan çıxarmaq kimi xüsusiyyəti olduğu
bildirilir. Daha sonra həmin şəxslər turistlərlə yaşadıqları
əyləncəni videoya alır.
Məlumata görə, ətir qadınların özünə nəzarəti itirməsinə və
özünü qarşısındakına təslim etməsinə gətirib çıxarır. Bununla bağlı
məsələ o qədər aktuallaşıb ki, artıq bir neçə ölkənin ictimai
xadimləri, eləcə də bu sahənin mütəxəssisləri SOS siqnalları
veriblər. Mütəxəssislər qadınları ehtiyatlı olmağa çağırır: "Heç
tanımadığınız birinə aşiq olub, ona özünüzü təslim edə
bilərsiz".
"Ricardo Veron" ətiri ilə başdan çıxarılan qızlar ətrin təsiri
azaldıqdan sonra birlikdə olduqları şəxsin əslində heç xoşlarına
gəlmədiyinin fərqinə varırlar. Ancaq bu zaman gec olur.
Almaniyanın "Kruverszen" laboratoriyasının analiz mütəxəssisi
Maria Lyris bildirib ki, ətir 12 nəfərdən ibarət xüsusi heyət
tərəfindən öyrənilib. Nəticələrə əsasən ətir normal afrodizyak
olaraq tanınan bir çox ətirlərdən tərkibinə görə fərqlənir və
qadınlar bu ətirin qarşısında dayana bilmirlər: "Əgər bu ətirin
satışı davam etsə çirkin kişilər gözəl qadınları özlərinə aşiq
etməkdə heç bir çətinlik çəkməyəcəklər. Bu vəziyyət yayılacaq".
Bəzi məlumatlara görə, internetdə satışa çıxarılan ətir
Türkiyədə artıq 1 milyon 300 min nəfərə satılıb.
Onu da qeyd edək ki, bu ətir barədə məlumatlar o qədər də çox
deyil. Axtarış zamanı daha çox bu ətirlə bağlı reklam xarakterli
materiallar və video çarxlara rast gəlinir. Onlarda isə bu ətrin
qoxusunun sadəcə qadınları məftun etdiyi izah olunur.