Telekanallarda Azərbaycan
ədəbi dilinin qaydalarına necə əməl olunması ilə bağlı monitorinqin
nəticələri açıqlanıb.
Milli Tеlеrаdiо Şurаsı və Milli Elmlər Akademiyası Nəsimi adına
Dilçilik İnstitutundan Azadlıq Radiosuna bildirilib ki, 6
telekanalı – İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV və Lider
TV-də yayımlanan verilişləri yoxlayıblar.
Məlum olub ki, ədəbi dil normaları dilin bütün səviyyələrində -
istər fonoloji, istər leksik, istərsə də qrammatik səviyyədə
pozulur.
Bəzi nümunələr:
XƏZƏR TV
"Hər şey daxil" - 22.09.2014 - 11:42 - aparıcılar - Növbəti
təşəkkürümüz olacaey [olacax]
-11:42 - ...və biz ünvanı xatırladeceyiy [xatırladacağıx]
-07.10.2014 - 10:26- sizi də yani k’i [yani ki]
-10:30 - görəceysiz [görəcəx‘siz] təbii ki…
-10:34 - indi göstərəceylər [göstərəcəx‘lər] ekranda
"Xəzər xəbər" – 22.09.2014 - 12:00- Vüsalə Nurəddinqızı - MN-dən
verilən məlumata qörə [görə]
-12:09- aparıcı Vüsalə- Ukranyada [Ukraynada]
-12:09-aparıcı- La’tın [latı‘n] Amerikalı ölkələr…
-21:01 - İngiltərə’ [İngi’ltərə]-
-21:15 - Mətbuat kanfransı [konfransı]
İTV
"Yeni gün"- 17.09.14 - 9:09- aparıcı Saleh - Paspırtlar
[pasportlar] haqqında…
"Carçı"- Ramiz İdrisoğlu - 20.10.2014; 20:33:57 Görüşdə
ölkələrimizarası əlaqələrin bundan sonra da inkişafı üçün yaxşı
imkanların olduğu qeyd olunub.
"İncə maraqlar" – Elnarə - 01.11.2014 - 13:21 - Bu gün biz
danışacağıq: "Neçə uşaq doğmaq olar?"
-14.10.2014 - 10:20 - Aynur - Yanğı var səsinizdə hansı ki,
tamaşaçıları yerindən oynadır. Hansı ki, bu sizin
özəlliyinizdir.
Üslubi nöqsanlar
01.09.2014; 03:55:16 Bu gün arealı genişlənən erməni
xəstəliyinin simptomları buna dəlalət edir.
SPACE TV
"Hər gün" – aparıcı Elvin Basqallı- 08:09:14 - 20:21 - Hara
düşəcey. [düşəcəx‘]
"Hər həftə" – Zəminə Əliyeva - 02.11.2014; 20:24:39 – Üstəlik
diggətin [dik´qətin] feyziyabı kimi bu şou təkrarlanmalıdır.
"Hər həftə" – Zəminə Əliyeva - 02.11.2014; 20:24:49 –
Gəbirlərinizi [qəbirlərinizi] dağıdıb baş daşlarınızı satmıram.
"Hər gün" – Fərqanə Səfər – 01.11.2014; 17:00:53 – Mədən çökdü:
3 çinli yerin dibinə girdi.
"Hər həftə" – Ayaz Mirzəyev - 02.11.2014; 20:21:08 – Qaz
danışıqlarında kim qazlanır?
ANS
"Xəbərçi" - aparıcı Qənirə Ataşova - 04.09.2014- 21:01 - Ailə
fo’tosu [foto‘] çəkdiriblər.
-9.10.2014 - 21:13 - Abama [Obama]…
"Evdəyik"- 18.09.14 - 13:52 - Ulvira Qarayeva- Özüvüzə [özünüzə]
iş tapa bilirsiniz.
"Xəbərçi" - 29.09.2014- 8:10 - Natəvan Babayeva- Mən sizinlə
Xəbərçinin doqquz buraxılışında görüşəjəyəm. [görüşəcəyəm]
"Günəbaxan" - 7.10.2014- 10:54 - Həmişə alinə yığasınız başuvuza
[başınıza]
"Bazar səhəri Rövşanə ilə" – 28.09.2014 - 11:40 - Ən vzvayşiy
rəngdir.
-12:30 - Fikirlərində konservantlıq var.
LİDER TV
"Səda" – 08.09.2014 - 19:04 - Biz sizə bu haqda xəbər verəceyiy
[verəcəyix‘]
"Səhər çağı" – 7.10.2014- 9:20 - Qallivud [hollivud]
"Səda"- Mehman Mehdiyev- 20.10.2014; 19:04:45 Goranboy və
Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövgelərdən [mövqelərdən] də silahlı qüvvələrimizin mövgeləri
[mövqeləri] atəşə tutulub.
"Səda" –Leyla Mehdiqızı - 01.11.2014; 13:01:19 - ... erməni
diaspırını [diasporunu] ittiham edib.
"Sport maqazin" - 01.11.2014; 03:15:28 - ... qalıstukunu
[qalstukunu] çıxartdı.
"Səhər çağı" - 01.11.2014; 09:36:34- Respublikamızda keцirilən
...[keçirilən]
01.11.2014; 19:02:18 – Sahib Alıyev- Fransanın maderatorluğu
altında ...
01.11.2014; 19:25:24 – Ermənistandan hava daşımlarını ancaq
başqa ölkələrin şirkətləri reallaşdırırlar.
ATV
"Gün üzü" -7.10.2014- 11:15 - İlqar Mikayıloğlu- Çox sağ olun
ki, gəldüz [gəldiniz]
-8.10.2014- 10:07 - İlqar- diyon da [dayan da]
10:08 - Əyib döyül... Siz necesüz? [necəsiniz]
-10:16 - Kifayətlənmüsüz [kifayətlənmisiniz] bilirəm.
-14.10.2014 - 10:04 - Bu günlərim biz zəvvarlarımız barədə söbət
[söhbət] edəcəyik.
-27.10.2014- 10:13 - istəmüyün-
-10:15 - bax belənçünə…
-10:34 - Evdə balaca bəbəşkası olanlar... Ta lap balaca
bəbəşkasından tutmuş..
-10:36 - Analıqı olmayan... [analoqu]
"ATV Xəbər" Gülnar Muxtarqızı... 23.09.2014; 14:02:02 Gilan gida
[qida]şəhəriyi ilə tanış olub.
"ATV Xəbər" - Gülnar Muxtarqızı - 23.09.2014; 14:02:13 ... hərbi
hissənin gərargahında [qərargahında] və əsgər yeməkxanasında
yaradılan şəraitlə tanış olub.
"Gündəlik- 15.09.2014- aparıcı Mətanət - 19:16 - Siz belə
seryoznu müəlliməsiniz?
-19:03 - Bütün insanları maç, quç edirəm.
Monitorinqi aparanlar nöqsanları aradan qaldırmaq üçün TV-lərə
təkliflər də veriblər. Məsələn, aparıcılara dil normaları ilə bağlı
kurs keçilsin (xüsusən də rus təhsilli aparıcıların bəzi səsləri
düzgün tələffüz edə bilməsi üçün). Bundan başqa aparıcılar çox
sürətlə danışmasınlar, bu onların daha az səhv buraxmasına kömək
edər