Yuxarı

“Azercell”in dəstək olduğu “Dataforest” startapı çempion oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell”in dəstək olduğu “Dataforest” startapı çempion oldu

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstək olduğu startaplar beynəlxalq miqyaslı müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər.

Axar.az xəbər verir ki, bu dəfə, mərkəzin gənc rezidentlərindən “Dataforest” böyük uğura imza ataraq, “İKT tətbiqi: Həyatın bütün aspektlərində fayda – E-biznes” kateqoriyasında (Action Line 7. ICT Application: Benefits in all aspects of life - E-business) “İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti”nin (WSIS) çempionu seçilib. İlk dəfə 2012-ci ildə keçirilən WSIS, rəqəmsal sahələrdə mövcud trendlərin, yeniliklərin və çətinliklərin müzakirə olunduğu ən iri toplantı hesab olunur.

Qeyd edək ki, “Dataforest” “WSIS” Pay Sahibləri cəmiyyəti tərəfindən təsdiqlənən 1064 layihədən biri idi. 2019-cu il, 8-12 aprel tarixləri ərzində İsveçrənin Cenevrə şəhərində keçiriləcək “WSIS 2019 Forumu”nda WSIS cəmiyyətinin 2 milyondan artıq səs toplayan 18 qalib və 72 çempion layihəsinin mükafatlandırılması gözlənilir.

Məlumat üçün bildirək ki, “Dataforest” dünyanın hər yerindən öz məlumatlarını yükləmək və paylaşmaqla asudə vaxtlarında pul qazanmaq istəyən insanları, eləcə də şirkətləri birləşdirən unikal bir platformadır. “Dataforest”- müxtəlif məlumatı özündə cəmləyən keyfiyyətli, sürətli və rahat bir mənbədir. 2018-ci ildə “MİT Qlobal Startap Laboratoriyası”nda yaranan startap, ölkəmizdə də qısa müddət ərzində böyük nailiyyətlər qazana bilib. Belə ki, “MİT GSL Azerbaijan Demoday”inin qalibi olan layihə, “AWITA 2018”də “İlin Startapı” kimi mükafatlandırlıb.

Qeyd etmək istərdik ki, bu il fəaliyyətinin 10 illiyini qeyd edəcək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə əsasən informasiya texnologiyaları sahəsinə aid layihələrin və startapların şirkətləşməsinə kömək edir. Ölkənin ilk biznes inkubatoru olan mərkəz 20-yə yaxın uğurlu layihəyə ev sahibliyi edib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.03.28 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla