Yuxarı

Tanınmış jurnalist baş redaktorluqdan istefa verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış jurnalist baş redaktorluqdan istefa verdi

"Aydın yol" qəzetinin baş redaktoru, tanınmış jurnalist Fəxri Uğurlu vəzifəsindən istefa verib.

Musavat.com-un məlumatına görə, Nazirlər Kabineti yanında yeni yaradılmış Tərcümə Mərkəzinin qəzeti olan "Aydın yol"un son sayı bu səbəbdən şənbə günü dərc olunmayıb.

F.Uğurlunun istefasına səbəb kimi Tərcümə Mərkəzinin rəhbərliyinin qəzetin işinə müdaxiləsi göstərilir. Məlumatda deyilir ki, Tərcümə Mərkəzinin rəhbərliyi baş redaktorun kadrlar seçimindən narazı olub və onun qəzetə dəvət etdiyi iki jurnalistlə müqaviləni uzatmaq istəməyib.

Bu isə baş redaktorun etirazına səbəb olub və o, istefa ərizəsi yazaraq baş redaktorluqdan ayrılıb. Qeyd edək ki, Tərcümə Mərkəzinə tanınmış yazar Afaq Məsud rəhbərlik edir. Onun müavini isə Yaşar Əliyevdir.

Fəxri Uğurlu 1968-ci ildə Bakıda doğulub. 1986-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub. 1987-89-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə Bakı Dövlət Universitetini bitirib. 1992-ci ildən müxtəlif mətbu orqanlarda, o cümlədən "Yol", "525-ci qəzet", "Müxalifət" qəzetlərində çalışıb,"Rezonans", "İntibah" qəzetlərinin baş redaktoru, "Avropa" qəzetinin təsisçisi və baş redaktoru olub.

Tarix
2014.11.30 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla