
Hansı avtomobillərə tələbat daha çoxdur?
08:30
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bərdədə yerləşən pambıqtəmizləmə zavodlarından birində yanğın baş verib.
"Axar.az"ın FHN-nin rəsmi saytına istinadən məlumatına görə, Bərdə şəhərindəki pambıqtəmizləmə zavodunun həyətindəki 200 tonluq pambıq tayasının 6 tonu və yaxınlıqda yığılmış 50 tonluq pambıq tayasının 2 tonu yanıb. Pambıq tayalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbi araşdırılır.
Tarix
2013.12.08 / 18:30
|
Müəllif
Axar.az
|