Yuxarı

Beynəlxalq ortaq türk kanalı sınaq yayımına başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq ortaq türk kanalı sınaq yayımına başladı

"Ortaq Türk Telekanalının yaradılması təşəbbüsü cari ilin iyun ayında türkdilli dövlətlərin başçılarının Bodrumda keçirilən zirvə görüşündə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Artıq bununla bağlı koordinasiya qrupu yaradılıb".

Report.az xəbər verir ki, bunu TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının bu gün Bakıda keçirilən iclasında Türk Şurasının layihə direktoru Zamin Əliyev çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ilin oktyabr ayının sonunda koordinasiya qrupunun iclasında kanalın yaradılması barədə qərar qəbul olunub.

Kanalın strukturunun İdarə Heyəti, Direktorlar Şurası və redaksiya heyətindən ibarət olduğunu deyən layihə direktoru əlavə edib ki, telekanal həm ingilis, həm də türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərəcək: "Telekanal "Əlcəzirə", "Euronews" kimi beynəlxalq status daşıyacaq. Hazırda sınaq yayımları gedir və tezliklə telekanal fəaliyyətə başlayacaq".

Z.Əliyev qeyd edib ki, kanalın maliyyə işini isə üzv dövlətlər həll edəcək: "Eyni zamanda quruma üzv ölkələrin birində kanalın ofisi də yerləşəcək. Artıq saziş layihəsi hazırlanır. Kanalın adı hələlik bəlli deyil. Ad və loqonun müəyyən edilməsi isə müsabiqə yolu ilə qəbul ediləcək. Bununla yanaşı, kanal geniş kütləyə xidmət edəcək. Həmçinin kanal veb-sayt üzərindən də yayımlanacaq".

Tarix
2014.12.02 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla