Yuxarı

Rektorun aldatdığı məzunlardan - Müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rektorun aldatdığı məzunlardan - Müraciət

Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə xitam verildikdən sonra diplomsuz qalan məzunların sənədləri prokurorluqda saxlanılır.

Axar.az-a müraciət edən bir qrup ABU məzunu yazır ki, onlar 5 ildir diplom almaq üçün dəridən-qabıqdan çıxıblar.

Məzunların sözlərinə görə, ABU-nun rektoru olmuş Elşad Abdullayevin üzərində cinayət işi var, ali məktəbin binasına həbs qoyulub və bu halda məzunların sənədləri də araşdırma üçün Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müəyyən etdiyi yerdə saxlanılır.

Məzunlar qeyd edirlər ki, söhbət Dağıstan, Moskva filiallarından ABU-ya köçürülmüş tələbələrin diplomsuz qalmasından gedir. Onlara bildirilib ki, sənədlər Təhsil Nazirliyinə göndərildikdən sonra ayrı-ayrı təhsil ocaqlarına köçürülə, burada oxuyub, diplom əldə edə bilərlər.

Lakin bu cavabdan xeyli zaman keçib və ABU məzunları diplom üzünə həsrət qalıblar. Onlar redaksiyamıza müraciətdə xahiş edirlər ki, prokurorluq tezliklə araşdırmaları yekunlaşdırıb nazirliyə göndərsin.

Qeyd edək ki, Təhsil Nazirliyi ABU-nun fəaliyyətinə 2010-cu ildə xitam verib. Sabiq rektor E.Abdullayev isə Fransadadır və barəsində axtarış elan edilib. Sabiq rektora görə, minlərlə məzun diplom əldə edə bilməyib.

Tarix
2014.12.03 / 00:07
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

Sultan Qasımovun vəsatəti təmin olunmadı

Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla