Yuxarı

Ankara və Bakının əsas vəzifələri... – Əli Əhmədov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara və Bakının əsas vəzifələri... – Əli Əhmədov

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu yalana qarşı qoyulmalı olan həqiqətlər 100 ildən çoxdur unudulur və bunun haqqında danışmaq istəmirlər.

Axar.az xəbər verir ki, bu sözləri baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının qərargahında qondarma erməni soyqırımı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib:

“Türkiyədə ermənilər tərəfindən ayrı-ayrı qiyamların təşkil edilməsi, indi Ermənistan adlandırılan tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı qətliamların törədilməsi, on minlərlə insanın qırılması, etnik təmizləmə siyasətinin həyata keçirilməsi, onillər boyu bu siyasətin davam etdirilməsi və nəticə etibarilə o ərazilərdən bütün azərbaycanlıların çıxarılmasına nail olunması bu həqiqətin bir hissəsidir. Digər bir hissəsi Azərbaycanın özündə ermənilər tərəfindən qətllərin törədilməsi, Bakı şəhərində, Şamaxıda, Qubada kütləvi surətdə insanların qətlə yetirilməsi isə həqiqət olaraq çox təəssüf ki, dünya siyasətində və yaxud bölgəmizlə bağlı olan siyasətdə özünün layiqli cavabını tapa bilməyib. Nəhayət, Azərbaycana qarşı ərazi iddialarının açıq şəkildə ortaya qoyulması, ərazilərimizin 20 fazinə qədərinin işğal olunması, 1 milyona yaxın Azərbaycan vətəndaşının etnik təmizləmə siyasətinə məruz qalması, məcburi köçkün vəziyyətində 25 ildən çoxdur yaşamağa məhkum edilməsi və s. bəşəriyyətin susduğu, haqqında danışmaq istəmədiyi reallıqlardandır.

Türkiyə və Azərbaycan olaraq, bizim qarşımızda duran birinci vəzifə ermənilərin və onlara havadarlıq edənlərin yalanlarının, uydurmalarının tamamilə əsassız olduğunu sübuta yetirmək üçün lazım olan işləri görmək, sistemli şəkildə addımlar atmaq, təbliğat işlərini qurmaq, bunun üçün Türkiyə və Azərbaycanın malik olduğu resursları və gücləri birləşdirməkdir. İkincisi isə Azərbaycanın məruz qaldığı ciddi təhdidlərlə bağlı olan həqiqətləri, ərazilərimizin müəyyən hissəsinin işğal olunmasını, bir milyon Azərbaycan vətəndaşının etnik təmizləməyə məruz qalaraq öz vətənində məcburi köçkün vəziyyətinə düşməsi barədə həqiqətləri insanlığa, bəşəriyyətə təbliğ etmək qarşımızda duran ən ümdə vəzifələrdən biridir”.

Tarix
2019.04.24 / 15:17
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İşarə verildi, bu şəxslər də həbs ediləcək

Allahşükür Paşazadə Betsi Berns Kornla görüşdü

Fuad Qəhrəmanlının DTX-yə cavabı: Video necə çəkilib?

Azərbaycan və Rusiya aktual məsələləri müzakirə etdi

“Zəngəzur Orta Dəhlizə rəqibdir” deyənlər... - Mamaladze

Bununla Avropa Parlamenti gerçək simasını aşkara çıxardı...

Bakıdan qayıdan kimi bu sözləri yazdı…

Vardanyanın “son sözü”: Bakıda bu şüarı deyibmi?

Qərb Qafqazda güclənir, gərginlik artır – KTMT

Əliyev xartiya imzaladı: güclənir... - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla