Yuxarı

İlham Əliyev "Huavey" şirkətinin sədri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev "Huavey" şirkətinin sədri ilə görüşdü

08:36

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində “Huavey” şirkətinin sədri Lian Xua ilə görüşüb.

Axar.az xəbər verir ki, “Huavey” şirkətinin sədri Lian Xua artıq 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirdi və onlara yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edib.

Prezident İlham Əliyev “Huavey” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirbi, bu şirkətin informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu qeyd edib. Həmçinin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “Huavei” şirkətinin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirib. Azərbaycan ilə “Huavey” arasında əməkdaşlıq baxımından böyük perspektivlərin olduğunu deyən dövlətimizin başçısı bu şirkətin “Bakutel” sərgisində ənənəvi iştirakından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev İKT sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan danışdı, bu sahədə “Huavey” ilə əməkdaşlığın perspektivli olduğunu bildirib.

Söhbət zamanı İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmsal iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə reallaşdırıla biləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2019.04.25 / 09:31
Müəllif
Axar.az
Digər xəbərlər

İranın düşdüyü hazırkı vəziyyət... - Sabir Rüstəmxanlı

Bu gün Bakıda mühüm iclas keçiriləcək

Qazaxıstan da Azərbaycana təşəkkür etdi

ABŞ İranı bombalayan B-1-lərin görüntülərini yaydı - Video

Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Üzərliklə bağlı daha bir rəsmi xəbərdarlıq

Xameneinin olduğu yerin koordinatlarını kim verib?

İranda müharibə: Azərbaycan heç vaxt olmadığı qədər çalışır...

Ceyhun Bayramov İranla bağlı Səfadi ilə də danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla