Yuxarı

Gürcüstandan çaxır gətirdi, gömrükdə əlindən alındı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstandan çaxır gətirdi, gömrükdə əlindən alındı - Video

Bəzi internet resurslarında əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı Binəli Osmanovun məktubuna əsasən gömrük orqanlarının fəaliyyətinə dair həqiqətə uyğun olmayan böhtan dolu məlumatlar yayımlanıb.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.

"B.Osmanov mayın 4-də Gürcüstandan Azərbaycana gələrkən özü ilə gətirdiyi 5 litr çaxırın "Qırmızı Körpü" gömrük postunda gömrük əməkdaşları tərəfindən zorla əlindən alındığını, gömrükçülər tərəfindən ona və yaxınlarına qarşı kobud rəftar edildiyini iddia edir. Əslində həmin vətəndaş məktubunda qanunvericiliyin tələblərini pozduğunu özü etiraf edir.

Belə ki, Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən gömrük sərhədini keçən şəxs güzəştli qaydada, yəni hər hansı gömrük ödənişləri həyata keçirmədən yalnız 1,5 litr alkoqollu içkini ölkə ərazisinə gətirə bilər. Həmin şəxsin gətirdiyi alkoqollu içkinin miqdarı qanunvericilikdə müəyyən olunan həddi keçdiyi üçün gömrükçülər tərəfindən akt tərtib olunaraq müvəqqəti saxlanca götürülüb.

Bundan başqa, məlumatda gömrük orqanlarına qarşı bir sıra haqsız, eyni zamanda müəllif və yayımlayan şəxslər üçün qanun qarşısında məsuliyyət yaradacaq əsassız digər iddialar da irəli sürülür. Lakin DGK-nın Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum olub ki, B. Osmanov gömrük bəyannaməsində özü ilə 1,5 litr alkoqollu içki və 15 kq ərzaq gətirdiyini bildirsə də, yoxlama zamanı avtomobildən 10 litr alkoqollu içki aşkar edilib. Bu fakt müvəqqəti saxlanca götürülən mallarla bağlı tərtib olunan aktda da öz əksini tapıb ki, bu da gömrük orqanlarına yalan məlumat verilməsi deməkdir.

Gömrük postunun ərazisində quraşdırılan kameralar vasitəsilə B.Osmanovun gömrük nəzarətindən keçmə prosesi videoyazıya alınıb. Aşağıda təqdim etdiyimiz videotəsvirlərdə gömrükçülərin ona qarşı hansı "nəzakətsiz davranış"lara və "kobud rəftara" yol verdiyini də ictimaiyyətin müzakirəsinə buraxırıq.

Üstəlik gömrük xidmətinin və gömrük əməkdaşlarının qanunsuz əməllərindən bəhs edən həmin şəxs istəyinə nail olmaq üçün gömrük əməkdaşına rüşvət də təklif edib. Belə ki, videotəsvirlərin 30-cu saniyəsindən etibarən davam edən hissəsində Binəli Osmanovun avtomobilin salonuna daxil olaraq oradan əlində sənədlə qayıtması və sənədin arasında pul əskinasını gömrük əməkdaşına vermə cəhdi və gömrük əməkdaşının da buna qəti etirazı aydın şəkildə öz əksini tapıb.

Təəssüfdoğurucu məqamlardan biri də odur ki, son zamanlarda bir sıra dırnaqarası media qurumları məqsədli şəkildə müxtəlif fiziki və hüquqi şəxslərin subyektiv, yalan iddialarına əsaslanaraq qarşı tərəfin rəyini öyrənmədən gömrük orqanlarının fəaliyyətinə kölgə salan məlumatlar yayımlamaqdadırlar və bu media orqanlarının yayım siyasətlərində və ya təfəkkürlərində əsaslı dəyişiklik etmələrinə ciddi ehtiyac var, - deyə açıqlamada qeyd olunub.

Tarix
2019.05.15 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla