Paşinyanın keçmiş arvadı seçkilərdə onu dəstəkləyəcək
10:19
| Ana səhifə Toplum |
|
Gəncə polisi Göygöl rayonunun Quşqara kəndi ərazisində Nadir Rəhimova məxsus kafeyə baxış keçirərkən oradan külli miqdarda saxta Azərbaycan manatı aşkar edərək dövriyyədən çıxarıb.
Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi Ağahüseyn Məmmədovun AzərTAc-a verdiyi məlumata görə, kafedə çalışan 30 yaşlı Arif Adıgözəlov şübhəli şəxs qismində saxlanılarkən onun üzərindən silah-sursat və narkotik maddə aşkarlanıb.
Arif Adıgözəlovun işlədiyi kafeyə baxış keçirilərkən buradan 40 ədəd 100 manatlıq, 900 ədəd 50 manatlıq, 136 ədəd 20 manatlıq, 13 ədəd 10 manatlıq, ümumilikdə, 51 min 850 manat saxta əsginazın olduğu müəyyənləşdirilib.
Hazırda iş üzrə təhqiqat aparılır.
|
Tarix
2014.12.13 / 21:42
|
Müəllif
Axar.az
|