Yuxarı

Bakıda bağlanan gecə barı haqda şok məlumat - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bağlanan gecə barı haqda şok məlumat - Özəl

Bakıda fəaliyyət göstərən "İnfiniti" gecə barının fəaliyyətinə birdəfəlik xitam verilə bilər. Hazırda hüquq-mühafizə orqanları tərəfindən barla bağlı araşdırma aparılır.

Bu barədə Axar.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, "İnfiniti" barının əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə daxil olan məlumat polis tərəfindən araşdırılır.

Əslində bu obyektin fəaliyyəti ötən il dayandırılmalı idi. Çünki 2013-cü il mayın 15-də Bakı Şəhər Baş Polis İdarəsi "Nizami" kinoteatrına yaxın ərazidə yerləşən bu gecə barında əməliyyat keçirmişdi. Əməliyyat zamanı saxlananlar da olmuşdu. Məlum olmuşdu ki, "İnfiniti" gecə barına qadınların girişi pulsuzdur, kişilər isə giriş üçün pul ödəməlidir.

Qadınlar və kişilər əvvəlcə "İnfiniti"də qəlyanaltı stolu arxasında tanışlıq sövdələşməsi edib, sonra "Dalğa" saunasına gedirmişlər. Ancaq göründüyü kimi, polisin əməliyyatından sonra bar fəaliyyətini davam etdirib.

Amma bu fakt da "İnfiniti" ilə bağlı səs-küylü hadisələr xronologiyasının sonuncusu deyil. Hələ 2012-ci ildə barda baş verən münaqişənin sonu güllələnmə ilə nəticələnib. 29 yaşlı Ramal Bayramovun tanışı ilə barda etdiyi münaqişə bayırda atışmaya səbəb olub və gəncə 4 güllə atılıb. Bu faktın özü də barın reputasiyasına ciddi şəkildə zərbə vurub.

Qaynağımız bildirir ki, "İnfiniti"də müştərilər aldadılır, onlardan içmədiyi içkiyə görə fantastik məbləğdə hesab alınır, etiraz etdikdə isə barın içində əlbəyaxa başlanır. Belə ki, bara gələn müştəri qızla oturar-oturmaz xidmətçi ondan soruşmadığı sifarişi gətirir. Sonra bunu qızın sifarişi olduğunu deyib, adi bir lükörə görə 80-150 manat arası hesab alırlar.

Dekabrın 12-də isə bar rəhbərliyinin hörmətsiz bir hərəkəti - Heydər Əliyevin anım günü şadyanalıq edib, diskotekaya ara verməməsi obyektin sonunu yaxınlaşdırıb. İndi bar rəhbərliyini böyük cəza gözləyir. Polisin xəbərdarlığına məhəl qoymayıb diskotekanı davam edən "İnfiniti"nin sahibi əxlaqsızlıq yuvası işlətdiyinə görə məsuliyyətə cəlb oluna da bilər.

Tarix
2014.12.14 / 17:05
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla