Yuxarı

Nuraninin son vəziyyəti açıqlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nuraninin son vəziyyəti açıqlandı

Əməkdar jurnalist Tofiqə Qasımovanın (Nurani) səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb.

Məlumata görə, 56 yaşlı Tofiqə Qasımova iyulun 17-də Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Mərkəzə qəbul olunarkən xəstənin huşunun alaqaranlıq olduğu, ümumi bədən çəkisinin kəskin azaldığı (kaxeksiya), dəri örtüyü və görünən selikli qişalarının kəskin saraldığı müəyyən edilib. Tənəffüsü oksigen dəstəyi ilə təmin olunub. Hemodinamikasının inotrop dərmanlar fonunda qeyri-stabil və hipotonik olduğu, qarın boşluğunda assit səbəbindən həcmin kəskin artdığı, sidik ifrazının isə anuriya şəklində qiymətləndirildiyi bildirilib.

Bildirilib ki, anamnezə əsasən, xəstə bir neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkir.

Həkimlərin qoyduğu diaqnoz uşaqlığın yenitörəməsi, qaraciyərə və qarın boşluğu limfa düyünlərinə çoxsaylı metastazlar, mexaniki sarılıq, assit, qaraciyər mənşəli ensefalopatiya, qaraciyər çatışmazlığı, hepatorenal sindrom, kəskin böyrək çatışmazlığı, anuriya, sağtərəfli ekssudativ plevrit, tənəffüs çatışmazlığı və anemiyadır.

Qeyd olunub ki, xəstə Bakı Sağlamlıq Mərkəzinə qəbul olunduğu andan etibarən müalicəsinə yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim heyəti cəlb edilib. Təcili təşkil olunan geniş konsiliumun qərarı ilə ona hemodializ də daxil olmaqla intensiv reanimasion dəstək göstərilməsinə başlanılıb.

Hazırda Bakı Sağlamlıq Mərkəzinin həkimləri tərəfindən xəstənin həyati göstəricilərinin stabilləşdirilməsi istiqamətində bütün zəruri müalicə tədbirləri fasiləsiz davam etdirilir.

Tarix
2026.07.18 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla