Yuxarı

Yeni sayt fəaliyyətə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni sayt fəaliyyətə başladı

Ssenari Mərkəzinin bu yaxınlarda ssenari.az adlı saytı fəaliyyətə başlayıb.

Ssenari Mərkəzinin rəhbəri İntiqam Hacılının Axar.az-a verdiyi məlumata görə, Ssenari Mərkəzinin fəaliyyəti ilə bağlı məlumatların yerləşdiriləcəyi sayt eyni zamanda Azərbaycanda yeni ssenarilərin üzə çıxmasına və yeni layihələrin yaranmasına xidmət göstərəcək.

İntiqam Hacılı bildirib ki, sayt 9 bölmədən ibarətdir və hər bölmənin də bir neçə alt-bölməsi var:

"Ssenarilərin sinopsisi sayta yerləşdiriləcək və sayt vasitəsi ilə həmin ssenarilərin yerli və xarici istehsal mərkəzlərinə təqdim edilməsi həyata keçiriləcək. Sayta Ssenari Mərkəzində və mərkəzin iştirakı ilə istehsal olunan filmlər haqqında məlumatlar yerləşdiriləcək. Mərkəzin yeni layihələri haqqında və mərkəzin təşkil etdiyi "Kino Atelyesi"nin fəaliyyəti barədə məlumatları da ssenari.az saytından oxumaq mümkün olacaq. Saytda "Kino-Xəbər" və "Kino-Yazı" bölmələri də var. "Kino-Xəbər" bölməsində ssenari, yerli kino və xarici kino ilə bağlı informasiyalar yerləşdirilir. "Kino-Yazı" bölməsində isə kino sahəsi ilə bağlı müəllif, təhlil, müsahibə, reportaj xarakterli yazıları oxumaq mümkündür. Ssenari Mərkəzində Azərbaycan dilində kinematoqrafiya sahəsi ilə bağlı nəşr ediləcək kitablar haqqında informasiyaları saytın "Kino-Kitab" bölməsindən oxumaq olacaq".

Qeyd edək ki, 2012-ci il dekabrın 12-də fəaliyyətə başlayan Ssenari Mərkəzinin yaratdığı sayt 3 dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək.

Tarix
2014.12.16 / 18:22
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla