Yuxarı

Xaçmazda 2 min illik qəbiristanlıq yox olur – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçmazda 2 min illik qəbiristanlıq yox olur – Video

Xaçmazın Nərəcan kəndi ərazisində yerləşən qədim qəbiristanlıq yox olma təhlükəsi ilə üz-üzədir.

Axar.az Regional TV-yə istinadən xəbər verir ki, təxminən eramızın III əsrinə aid olduğu bilinən bu qəbiristanlıq 1952-ci ildən unudulub.

Kənd sakinləri 7 kəndin ətrafında yerləşən qədim qəbir daşlarının mövcud olduğu bu qəbiristanlığın qorunmasına ehtiyac olduğunu bildirir. Nərəcan kənd orta məktəbinin tarix müəllimi Tacəddin Nəzərovun sözlərinə görə, bu qəbir daşlarının üzərindəki 6 bucaqlı günəş, məbəd və 4 bucaq kimi işarələrin olması qəbirlərin qədim alban tayfalarına aid olduğunu ehtimal etməyə əsas verir:

"Qəbirlər sıx meşə ərazisində yerləşdiyi üçün ağac çürüntüləri və kökləri qədim tarixi nümunələri zədəlməklə yanaşı, onları aşınmaya məruz qoyub. Bu da qəbir daşlarının tədqiqatı zamanı çətinlik yarada bilər.

Qəbiristanlıqda qədim qəbirlərlə yanaşı VIII əsrdən sonralara aid olduğu ehtimal edilən müsəlman qəbirləri də var. Ərəb əlifbası ilə yazılan qəbir daşları artıq əyilib və məzarlıq öz tarixi simasını tamamilə itirməkdədir".

Tarix
2014.12.16 / 23:52
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla