Yuxarı

Baş konsullar Los-Ancelesdə iftar süfrəsində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan və Türkiyə Baş Konsulluqlarının birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayı çərçivəsində multikulturalizmə və tolerantlığa həsr olunmuş geniş iftar mərasimi keçirilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Axar.az-a verilən məlumata görə, 170-ə yaxın qonağın qatıldığı tədbirdə ABŞ Dövlət Departamentinin rəsmiləri, müxtəlif ölkələrin diplomatları, müsəlman, xristian, yəhudi, bəhai, zərdüşt və digər dini icmaların rəhbərləri, həmçinin Azərbaycan, türk, yəhudi, Pakistan, İran və digər icmaların nümayəndələri və jurnalistlər iştirak ediblər.

İftar mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu və Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev öz çıxışında müasir dövrdə dünyada geniş yayılmış ksenofobiya və irqçiliyə qarşı səmərəli mübarizə aparmaq, qarşılıqlı anlaşma və harmoniyaya nail olmaq üçün müxtəlif dini və etnik icmalar arasında sıx əlaqələrin, dialoq və əməkdaşlığın vacibliyini vurğulayıb. N.Ağayev bu səpkidə Azərbaycanın uğurlu modelini nümunə gətirərək, tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələrinin mövcud olduğunu qeyd edib. Baş konsul Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər də daxil olmaqla, dini və etnik kimliyindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu, dinc və qarşılıqlı anlaşma şəraitində birgə yaşadığını diqqətə çatdırıb. Azərbaycan-Türkiyə dostluğundan danışan N.Ağayev bu münasibətlərin nəinki strateji əməkdaşlıq, həm də uzun bir tarixə malik möhkəm qardaşlıq münasibətləri olduğunu qeyd edib.

Türkiyənin Los-Ancelesdəki baş konsulu Can Oğuz Türkiyədə iftar ənənələrindən bəhs edərək, bu müqəddəs ayın eyni zamanda bir-birimizi daha yaxşı anlamağa sövq etdiyini deyib. Baş konsul həmçinin dünyada insanların birliyinə, harmoniya və sülh şəraitində birgəyaşayışına təhlükə törədən şər qüvvələrə qarşı birgə mübarizənin vacibliyini qeyd edib. Azərbaycan-Türkiyə münasibətlərindən danışan C.Oğuz iki ölkənin “bir millət - iki dövlət” olduğunu, iki xalqın mədəniyyət və dil baxımından bir-birinə çox yaxın olduğunu vurğulayıb. O, hər iki ölkədə müxtəlif mədəniyyətlər və dinlərə mənsub insanların yaşadığını deyərək, müxtəliflik və multikulturalizmin Azərbaycan və Türkiyə üçün əsas dəyərlərdən biri olduğunu bildirib.

Sonra çıxış edən dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan, Los-Ancelesdə fəaliyyət göstərən Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini ravvin Abraham Kuper, Los-Anceles Dinlərarası Şurasının sədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez, Beynəlxalq Mövlanə Fondunun nümayəndəsi İsmail Fenter və Los-Anceles şəhərinin İnsan Resursları üzrə müvəkkili Amna Qazi dinlərarası dialoqun vacibliyini qeyd edərək, Los-Ancelesdə Azərbaycan və Türkiyənin müxtəlif dinləri və icmaları iftar süfrəsi ətrafında bir araya yiğmasının olduqca təqdirəlayiq olduğunu vurğulayıblar.

Sonda iftar süfrəsinə dəvət edilən qonaqlara Azərbaycan və Türkiyə mətbəxinin ləziz təamları təqdim olunub. Azərbaycan və Türkiyə musiqisindən nümunələrin ifası ilə davam edən tədbir tamaşaçıların böyük marağı və gurulturulu alqışları ilə qarşılanıb.

Tarix
2019.06.03 / 10:51
Müəllif
Axar.az
Digər xəbərlər

Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var

Babacanyan: Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz

İran Azərbaycana qarşı niyə aqressivləşib? - Video

Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama

Oleq Bakinski ilə mühakimə edilən şəxs nazir müavini olub

Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov

Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir - Qafarov

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi

Soba başçını “yandırdı” - Yeni foto

Azər Baxşəliyev orqan nəqlindən niyə imtina edib? - Açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla