Yuxarı

Mehriban Əliyeva “Atəşgah məbədi”ndə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva “Atəşgah məbədi”ndə - Foto

Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar mədəniyyət abidələrinin hazırlığı ilə tanışlıq məqsədilə dekabrın 17-də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda olub.

AzərTAc xəbər verir ki, ilk Avropa Oyunlarına ev sahibliyi edəcək ölkəmizi Avropa bayramı hesab edilən Oyunlar zamanı çoxsaylı qonaqların ziyarət edəcəyi gözlənilir. Bu isə Azərbaycanın, o cümlədən mədəniyyətimizin dünyada daha da yaxşı tanıdılması və təbliği üçün gözəl fürsətdir. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, UNESCO-nun "Dünya irsinin ilkin siyahısı"na daxil edilən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri var.

Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qoruqla tanış oldu.

İlk Avropa Oyunları zamanı ölkəmiz növbəti dəfə də öz qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə, bütün dünyaya nümayiş etdirmək üçün lazımi işlər görür. Mehriban Əliyeva Oyunların Təşkilat Komitəsinin hələ ilk iclasında bildirmişdi ki, Birinci Avropa Oyunlarına ev sahibliyi edən Bakı şəhərinin tədbirə hazırlanması xüsusi önəm daşıyır və bu sırada turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi xüsusi əhəmiyyətə malikdir. Atəşgah məbədi isə tarixi əhəmiyyətinə görə ən maraqlı abidələrdən biri sayılır. Atəşgah XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı əbədi, sönməz alovların yerində inşa edilən od məbədidir. İndiki ibadətgah da atəşpərəstlərin - zərdüştlərin qədim məbədlərinin yerində tikilib. Bu məbədlər təqribən II-III əsrlərdə inşa olunub. XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansaray inşa edilib.

Burada görülən işlərdən razılığını bildirən Mehriban Əliyeva tövsiyələrini verdi.

Tarix
2014.12.17 / 17:44
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla