Yuxarı

Fitrə zəkatı nə vaxt və nə qədər çıxarılmalıdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fitrə zəkatı nə vaxt və nə qədər çıxarılmalıdır?

Builki təqvimə əsasən, fitrə zəkatı bayram namazına qədər, iyunun 4-ü axşam saatlarından iyunun 5-dək çıxarılmalıdır. Daha dəqiq desək, bayram namazına qədər (08:00 və ya 09:00-a qədər) çıxarılması vacibdir. Gecə və ya gündüz fitrə çıxarmağa imkan yoxdursa, günorta namazına qədər çıxarıla bilər.

Bu sözləri Axar.az-a Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli fitrə zəkatının miqdarı və nə vaxt çıxarılması ilə bağlı danışarkən deyib.

Hacı Şahin bildirib ki, fitrə zəkatı verməyənlərin orucu qəbul olunmaz:

“Hədislərdə qeyd olunur ki, fitrə zəkatı verməyənin orucu qəbul olunmaz. Buna əsasən oruc tutan hər bir müsəlman bayram namazına qədər fitrə çıxarmalıdır. Bu, orucun qəbul olunmasının şərtlərindən biridir.

Fitrə zəkatının miqdarı QMİ tərəfindən təqribən 5-10 manat civarında müəyyənləşdirilib. Ancaq əlbəttə ki, hər ailə istədiyi miqdarda fikrə zəkatı çıxara bilər. Ailə üzvlərinin hərəsinin adından 3 kiloqram arpa, buğda, xurma, kişmiş, düyü kimi ərzaq növlərini fitrə zəkatı çıxarmaq lazımdır. Məsələn, ailədə 5 nəfər varsa, ailə başçısı tərəfindən 25-50 manat məbləğində fitrə zəkatı çıxarılmalıdır”.

Hacı Şahin bildirib ki, fitrə zəkatı təkcə fərdi ibadət deyil, həm də sosial mahiyyəti olan bir ibadətdir. Bu səbəbdən imkanlı şəxslər ehtiyac içində olan insanları unutmamalıdır:

“Ramazan ayında oruc tutmağın fəlsəfəsindən biri də ehtiyaclı insanların halından xəbərdar olmaqdır”.

Tarix
2019.06.04 / 12:50
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla