Yuxarı

I Xəzər Forumu Bakıda müzakirə olunur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) və Türkmənistan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Türkmənistandakı I Xəzər İqtisadi Forumuna həsr olunmuş dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, dəyirmi masada Xəzəryanı ölkələrin Azərbaycandakı səfirləri, politoloq və ekspertlər, millət vəkilləri, SOCAR və BP şirkətinin rəsmi şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformalarının artırılmasının əhəmiyyətindən danışıb. O, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq perspektivlərinə diqqət çəkib.

R.Qonaqov qeyd edib ki, avqustun 12-də Xəzərin hüquqi statusuna dair Konvensuyanın imzalanmasının bir ili tamam olur. Bu münasibətlə Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə bu il avqustun 12-də Türkmənistanda I Xəzər İqtisadi Forumu keçiriləcək.

BMAM sədri Xəzəryanı ölkələri bu gün dünyanın enerji təhlükəsizliyi xəritəsini dəyişən dövlətlər adlandırıb. Qeyd edib ki, dünyanı Xəzəryanı ölkələr olmadan təsəvvür etmək mümkün deyil.

Türkmənistan Respublikasının Azərbaycandakı səfiri Mekan İşanquliyev Birinci Xəzər İqtisadi Forumu mövzusunda çıxış edərək, forumun həm Azərbayacan, həm də digər Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına, bu ölkələrin suverenliyinə vacib təsir göstərəcəyini bildirib, qlobal iqtisadi əməkdaşlığın genişləndiyi müasir dünyada Xəzəryanı ölkələr arasında dostluq və əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Səfir forumun Avaza turistik zonasında keçiriləciyini bildirib. O əlavə edib ki, Xəzəryanı ölkələr təkcə regional miqyasda deyil, dünya miqyasında da mühüm ölkələrdir. Diplomat bu ölkələrin zəngin enerji resurslarına malik olduğunu, Avropa və Asiyanın qovşağında yerləşdiyini bildirib:

“Bu regiondan mühüm nəqliyyat dəhlizləri keçir. Regionun logistik əhəmiyyəti getdikcə artır. Hazırkı əməkdaşlıq müxtəlif aspektləri əhatə edir. Türkmənistan üçün əsas məsələ bir-birinin maraqlarına və suverenliyinə hörmət etməkdən ibarətdir”.

Səfir qeyd edib ki, forum 4 hissədən ibarət olacaq. Bu çərçivədə sərgilər təşkil olunacaq, müqavilələr imzalanacaq. Hazırda forumun keçirilməsi istiqamətində detallı iş gedir. Bu məqsədlə xüsusi təşkilat komitəsi yaradılıb. Həmçinin, 3 dildə fəaliyət göstərən sayt istifadəyə verilib.

Diplomat artıq forumda iştirakla bağlı Azərbaycan tərəfinə dəvət göndərildiyini, ölkəmizin forumda ən yüksək səviyyədə geniş nümayəndə heyəti ilə təmsil olunacağına ümid etdiyini vurğulayıb.

M.İşanquliyev daha sonra Türkmənistan və Azərbaycan arasında hazırda əməkdaşlığın strateji xarakter daşıdığını bildirib. Qeyd edib ki, iki ölkə müxtəlif sahələrdə, xüsusilə logistik sahədə əməkdaşlıq edirlər:

“Azərbaycanın geopolitik mövqeyi ona Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynamağa imkan verir. Eləcə də Türkmənistan Mərkəzi Asiyanın Avropaya açılan qapısı rolunu oynayır”.

Daha sonra I Xəzər İqtisadi Forumuna həsr olunmuş, Türkmənistanda hazırlanan qısa sənədli film nümayiş olunub.

Dəyirmi masa davam edir.

Tarix
2019.06.12 / 12:05
Müəllif
Səxavət
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla