Yuxarı

BSU tələbəsindən “Qudsal dönüş” – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah saat 15:00-da "Kitabevim"də Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsinin ikinci kurs tələbəsi gənc yazar Şəhla Aslanın "Qudsal dönüş" kitabının imza günü keçiriləcək.

Axar.az xəbər verir ki, "Qudsal dönüş"ün təqdimat mərasimi Bakı Slavyan Universitetində keçirilib.

Təqdimat mərasimində Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, BSU-nun müəllimləri Cavanşir Yusifli, Azad Qaradərəli, Sayman Aruz, şairlər Qəşəm Nəcəfzadə, Rafael Həbiboğlu, Məhərrəm Şəmkirli, Nuranə Nur, Kəramət Böyükçöl, Səxavət Sahil, Əsəd Qaraqaplan, yazar Mübariz Örən, Zəka Vilayətoğlu, kitabın redaktoru Kənan Hacı və başqaları çıxış edərək BSU-nun bir neçə il bundan əvvəl açılmış Yaradıcılıq fakültəsində Azərbaycan yazıçılarının yeni nəslinin formalaşdığını qeyd ediblər.

Gənc yazarın kitabının təqdimat mərasimində BSU-nun tələbələri və aspirantları, gənc müəllif Şəhla Aslanın oxucuları və ailə üzvləri iştirak ediblər.

"Qudsal dönüş" povest və hekayələri dövri mətbuatda və Azərbaycanın elektron saytlarında mütəmadi olaraq dərc edilən gənc yazarın ikinci kitabıdır.

Şəhla Aslan onun yaradıcılığına göstərilən diqqətə, ünvanına səslənən xoş sözlərə və arzulara görə BSU-nun rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, "Qudsal dönüş" 2014-cü ildə "CFC Pressium" ММС nəşriyyatında çapdan çıxıb.

Tarix
2014.12.20 / 11:08
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla