Yuxarı

Emin Rüstəmov özünü "oğurlatdırdı" - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Emin Rüstəmov özünü "oğurlatdırdı" - Video

Rusiyanın “Rosneft” neft şirkətinin məhkəmə departamentinin əməkdaşı Anastasiya Rüstəmovanın əri Emin Rüstəmov özünü oğurlatdırıb.

Virtualaz.org xəbər verir ki, buna səbəb Anastasiyanın ərinə futbol oyunlarına pul qoymaq üçün “cibxərcliyi” verməməsi olub.

A.Rüstəmova mayın 17-si polisə müraciət edib. Qadın ağlayaraq bildirib ki, əri Emini oğurlamış şəxslər ondan pul tələb edirlər və əgər gecə yarısınadək o, 520 min rublu quldurlara çatdırmasa, ərinin cinsiyyət üzvlərini kəsəcəklər. Cinayətkarın Qafqaz ləhcəsində danışdığı bildirilib.

Polis əməkdaşları qadına məsləhət görüblər ki, tələb olunan pulu versin. Onlar cinayətkarları pulu alan anda yaxalamaq qərarına gəliblər. Anastasiya pulu asan tapıb – pis qazanmırmış.

Təyin olunmuş vaxtda cinayətkarlarla Anastasiya Rüstəmova yanacaqdoldurma stansiyasında görüşüblər. Pul dolu paket oğrulara çatan kimi Emin yaxınlıqda görünüb. O, ağır və bivec addımlarla baş verənləri kənardan izləyirmiş. Elə bu an Anastasiya ərinin borclarını xatırlayıb və hər şeyi anlayıb.

Məlum olub ki, Eminin bukmeker kontorlarına xeyli borcu yığılıb və onları qaytarmağa pulu yoxdur. Rüstəmov qərara gəlib ki, dostunu onu oğurlamağa razı salsın ki, arvadından lazım olan məbləği qoparsın.

Polis əməkdaşları oğru ilə onun “qurbanını” tutublar.

Tarix
2019.06.14 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla