Yuxarı

Misirə getmək istəyənlərə şad xəbər: Şarm-əş Şeyxə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirə getmək istəyənlərə şad xəbər: Şarm-əş Şeyxə...

Gələn aydan etibarən Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək.

Report xəbər verir ki, bunu Misirin Turizm naziri Rania əl-Mashatın Azərbaycana səfəri ilə əlaqədar keçilmiş tədbirdə deyib.

Nazir 2017-2018-ci illərdə iki dövlət arasında turist axınının artdığını bildirib:

"Misirin gəlirlərinin 20 faizdən çoxu turizm sahəsinin payına düşür. Turizmə böyük önəm veririk. 2018-ci ilin sonundan etibarən turizmin inkişaf planını həyata keçiririk. Bunun nəticəsi olaraq, Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək", - deyə o bildirib.

Nazir Azərbaycandan Misirə turist cəlb etmək istədiklərini vurğulayıb: "İki ölkə arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Turizm əlaqələri də siyasi əlaqələrin üzərində qurulub".

Rania əl-Mashat Misirin təhlükəsizliyinə böyük önəm verildiyini bildirib və əlavə edib ki, ölkəyə səfər edənlərin çoxluğu təhlükəsizliyə olan etimadı bir daha sübut edir.

Xatırladaq ki, iyulun 18-dən etibarən Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti Bakı–Şarm-əş-Şeyx marşrutu üzrə həftəlik reyslər yerinə yetirəcək. Uçuşlar hər cümə axşamı "Boinq-757-200" tipli təyyarələr vasitəsilə reallaşdırılacaq.

Tarix
2019.06.15 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla