Yuxarı

Bakıda taksilərə qarşı əməliyyat – Son dəqiqə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda taksilərə qarşı əməliyyat – Son dəqiqə

Bu gün səhər saatlarında metronun "20 Yanvar" stansiyası ətrafında fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd keçirilib.

Axar.az-a verilən xəbərə görə, nəqliyyat müfəttişləri lisenziyasız işləyən və vergi ödəməyən sürücülərlə bağlı tədbirlər görməyə başlayıb. Taksi sürücüləri arasında fərqlənmə nişanı almayanlar və qaydaları pozanlar aşkarlanıb.

Lisenziyasız, qeyri-qanuni taksi fəaliyyəti göstərənlərlə bağlı problem aktual olaraq qalmaqdadır. Taksi fəaliyyəti ilə məşğul olanların ilk növbədə 5 illik lisenziyası olmalıdır. Bu lisenziya üçün 150 manat, beynəlxalq daşımalar üçün 200 manat ödəniş olunmalıdır.

Aylıq fərqlənmə nişanına görə də qazanca uyğun vergi verilməlidir. Eyni zamanda, həmin şəxs müvafiq dövlət standartına uyğun olaraq avtomobilini xüsusi formaya salmalı, avtomobildə sayğac və post-terminal quraşdırılmalıdır. Post-terminallar nağd ödənişin aradan qaldırılması üçündür.

Lisenziyasız fəaliyyətə görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat cərimə nəzərdə tutulur. Nəqliyyat Nazirliyi bəyan edib ki, Avropa Yay Oyunlarına qədər Bakıda "London taksiləri"nin sayı yavaş-yavaş artırılacaq. Hazırda Bakıda tələbatdan 3 dəfə çox, 15 mindən artıq qeyri-qanuni taksi fəaliyyəti göstərən var.

Tarix
2014.12.22 / 13:05
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Latviya prezidenti Azərbaycana gəlir

ABŞ və Azərbaycan rəsmiləri görüşdü

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla