Yuxarı

Müdafiə Sənayesi Nazirliyi ləğv edilib? - PA məlumat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müdafiə Sənayesi Nazirliyi ləğv edilib? - PA məlumat yaydı

Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) məlumat yayıb.

Adminstrasiyadan Axar.az-a verilən məlumatda deyilir:

"Artıq bir neçə gündür ki, bəzi internet saytlarında və sosial şəbəkələrdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yanlış və heç bir əsası olmayan məlumatlar yayılır. Bununla əlaqədar bildiririk ki, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Eyni zamanda, həmin Fərmanın 5-ci hissəsində müəyyən edilmişdir ki, Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirir.

Qeyd olunanları, yəni, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin indiyədək dövlət qeydiyyatına alınmadığını və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir".

Tarix
2019.06.22 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Bu nazirlikdə kollegiya iclası keçirildi

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi - Təhlükə

Azərbaycanla koordinasiyalı şəkildə... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla