Yuxarı

“Sədərək”də mağazalar bağlandı: Nələr baş verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sədərək”də mağazalar bağlandı: Nələr baş verir?

“Sədərək” Ticarət Mərkəzində sahibkarlar rəhbərliyə etiraz olaraq bu gün işə çıxmayıblar.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Etiraza səbəb rəhbərliyin icarə haqqını artırması və vergi tətbiq edilməsidir. Məlumata görə, dükan sahiblərindən mallarının siyahıya alınaraq bazara təqdim edilməsi istənilib.

Bildirilib ki, bazara nəzarət edən şəxslər mağazasını açmayan sahibkarlara hədə-qorxu gəlib və mallarının dükandan çıxarılacağını deyiblər.

Hazırda “Şirniyyat” bölməsində olan bir sıra dükanlar açılıb. Lakin təsərrüfat bazarı tamamilə bağlıdır. Mağaza sahibləri baş verənləri telefon vasitəsilə lentə almağa çalışsalar da, nəzarətçilər buna imkan verməyib.

“Şirniyyat” bölməsində dükan sahibi olan Elməddin Mirzəyev bildirib ki, o da özünə məxsus bir neçə mağazanı bu gün açmayıb.

Təsərrüfat malları satışı ilə məşğul olan Fərid Nəsibov isə deyib ki, ticarət mərkəzində artıq əvvəlki kimi alver olmadığına görə yerhaqqının qaldırılması onlara sərf etmir:

“Burada indi nə alver var ki, vergi qoyulur, icarə artırılır?! Təsərrüfat bazarı indi tamamilə bağlıdır. Səhərdən heç kəs dükanını açmayıb”.

Vaxtilə “Sədərək” Ticarət Mərkəzinin mühafizə xidmətində çalışan Kamran Zeynalov isə bildirib ki, belə məqamlarda rəhbərlik özü kənarda dayanaraq, mühafizəçilərlə dükan sahiblərini üz-üzə qoyur:

“Mən hazırda “Sədərəy”in mühafizə xidmətindən ayrılmışam. Yaxşı ki, vaxtında oradan ayrılmışam. Belə məqamlarda rəhbərlik həmişə kənarda dayanırdı, mühafizə xidmətinin işçiləri ilə sahibkarları üz-üzə qoyurdu”.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzindən heç bir səlahiyyətli məsələ ilə bağlı suallarımızı cavablandırmadı.

Tarix
2019.06.24 / 12:27
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakıda mühüm tədbir başladı - Foto

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla