Yuxarı

Şəmkir sakinindən unikal addım – İcradan açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkir sakinindən unikal addım – İcradan açıqlama

Bu, Şəmkirdə ilk belə hadisə deyil. Bundan öncə də ailə üzvünü itirmiş neçə ailə belə addım atıb. Bu, artıq rayonda ənənə halını alıb.

Bu sözləri Axar.az-a Şəmkir Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Elgün Seyidov Şəmkirin Dəllər-Cəyir kəndində doğmasını itirən ailənin yas mərasimi əvəzinə kəndin 3 küçəsini təmir etdirməsi ilə bağlı danışarkən deyib.

E.Seyidov bildirib ki, Şəmkirdə hətta imkanı olmayan ailələr də belə addım atır:

“Bu yaxınlarda Şəmkirin Xulub kəndində də yaxınını itirmiş bir ailə 3 kəndin mərkəzi küçəsinə 3 yeni dayanacaq qoydurdu. Keçili kəndində də bir ailə kəndə yeni su xətti çəkdirmişdi. Köhnə su quyusu idi, su küçəyə tökülürdü. Ailə ehsan xərclərini dağılmış beton konstruksiyasının bərpasına, kəndə su çəkilməsinə sərf etdi. Bu, artıq Şəmkirdə ənənə halını alıb. Sadaladıqlarım atılan addımlardan sadəcə bir neçəsidir. Şəmkirdə imkanı az olan ailələr də imkan daxilində belə addımlar atır. Böyük işlər görməyə gücləri çatmasa da, məsələn, hansısa küçəyə bir işıq dirəyi qoydurur və ya köhnə vəziyyətdə olan dirəyi yenisi ilə əvəz edirlər”.

Dəllər-Cəyir kəndindəki ailənin nümunəvi addımından danışan E.Seyidov hadisənin dünən baş verdiyini deyib:

“Dəllər-Cəyir kəndindəki addımı mərhum Məmmədov Zöhrab Yaqub oğlunun ailə üzvləri, qızının ailəsi atıb. Ailə biri mərkəzi küçə olmaqla 3 küçəni ağır texnika gətizdirərək təmizləyib, qum-çınqıl tökdürüb və yol hamarlanıb”.

İcra nümayəndəsi bildirib ki, Şəmkirdə yas mərasimləri olduqca sadə keçirilir:

“Şəmkirdə artıq əksər ailələr ev şəraitində ehsan süfrəsi açırlar. Xurma, çay, halvadan ibarət nümunəvi ehsan süfrəsi olur. Dəbdəbəli yas mərasimi keçirilmir, onun əvəzinə həmin pul daha yaxşı formada istifadə edilir”.

Xatırladaq ki, Şəmkir rayonunun Dəllər-Cəyir kəndində doğmasını itirən ailə olduqca nümunəvi addım atıb. Dünyasını dəyişən şəxsin ailə üzvləri ehsan mərasimi əvəzinə kəndin üç küçəsini təmir etdirib.

Tarix
2019.06.25 / 13:59
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla